Sumqayıta gedən sərnişinlərin NƏZƏRİNƏ! - Oktyabrın 19-dan...

Oktyabrın 19-dan 114A, 114B, 500, 503 və 508 nömrəli marşrutlar Sumqayıt istiqamətində “20 Yanvar” metro stansiyasının yaxınlığında, Moskva prospektindəki “14 saylı notariat ofisi”nin yanında mövcud olan dayanacaq məntəqəsindən çıxarılır.
Avtosfer.az xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.
Bildirilib ki, 114A və 114B nömrəli marşrutların sərnişinləri avtobuslara “20 Yanvar” metro stansiyasının Müzəffər Həsənov küçəsindəki çıxışında (ADSEA binasının qarşısında) mövcud olan başlanğıc dayanacaq məntəqəsində minə bilərlər. Bu marşrutların Pirəkəşkül və Müşfiqabad qəsəbələri istiqamətində növbəti dayanacaq məntəqəsi Moskva prospektində, “Şamaxinka” adlanan ərazidə (“Alov zavodu” ilə üzbəüz) təyin edilib.
500, 503 və 508 nömrəli marşrutların sərnişinləri isə metronun “20 Yanvar” stansiyasının Sumqayıt istiqamətində olan çıxışında, Moskva prospekti 6 (594 nömrəli ekspes marşrutunun mövcud dayanacağı) ünvanındakı dayanacaq məntəqəsindən istifadə edə bilərlər. Bu marşrutların Sumqayıt şəhəri istiqamətində növbəti dayanacağı “Şamaxinka” adlanan ərazidə (“Alov zavodu” ilə üzbəüz) mövcud olan məntəqədir
Həmçinin 156, 156A və 170 nömrəli marşrutların sxemində dəyişiklik edilərək Hökməli və Binəqədi qəsəbələri istiqamətində hərəkəti Əli Tağızadə küçəsi ilə təmin ediləcək. Hər üç marşrut Moskva prospektində, “Şamaxinka” adlanan ərazidə (“Alov zavodu” ilə üzbəüz) dayanacaq məntəqəsindən çıxarılır. Bu marşrutların sərnişinləri Əli Tağızadə küçəsindəki “2 saylı poçt filialının 134 saylı poçt şöbəsi” yaxınlığında olan dayanacaq məntəqəsindən istifadə edə bilərlər.
Qeyd edək ki, şəhərin müxtəlif istiqamətlərindən “20 Yanvar” metro stansiyasına və “Şamaxinka” adlanan əraziyə gələnlər və yollarını Sumqayıt şəhəri istiqamətində davam etdirmək istəyənlər avtobuslara Moskva prospekti 6 ünvanında (metronun Sumqayıt istiqamətində olan çıxışında), yaxud “Şamaxinka”da “Alov zavodu” ilə üzbəüz məntəqədə minə bilərlər.
Pirəkəşkül və Müşfiqabad qəsəbələri istiqamətində getmək istəyənlərə isə “20 Yanvar” metro stansiyasının Müzəffər Həsənov küçəsindəki çıxışında (ADSEA binasının qarşısında), yaxud “Şamaxinka” adlanan ərazidəki (“Alov zavodu” ilə üzbəüz) dayanacaq məntəqəsindən istifadə etmək tövsiyə olunur.
Zakir Həsənov koronavirusa YOLUXDU - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Güclü küləkdə bayrağı xilas etmək istədi - VİDEO
"Xalqımızın birliyi dünyaya nümunədir" - PREZİDENT
Şuşanın işğaldan azad olunmasından altı il ötür
Bakının bir sıra yollarında sürət həddi endirildi
Prezident Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında - FOTO
Prezident Şuşada açılışda - FOTOLAR
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndində - FOTO - YENİLƏNİB
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO - YENİLƏNİB
"Bakıda gündəlik 2800 avtobus xəttə çıxarılsa qarşıya qoyulan hədəfə çatmış sayılarıq"- AÇIQLAMA












