Süni torpaq sahəsinin icarə haqqının hesablanması qaydası təsdiqləndi

Nazirlər Kabineti "Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahəsinin yaradılması məqsədilə ayrılmış su fondu torpaq sahəsinin və süni torpaq sahəsinin icarə haqqının hesablanması Qaydası"nı təsdiq edib.
Avtosfer.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, İqtisadiyyat Nazirliyi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahəsinin yaradılması məqsədilə sahilboyu yerləşən şəhər və rayonların zonalar üzrə bölgüsünü və həmin zona bölgüsü əsasında ayrılacaq su fondu torpaq sahələrinin və süni torpaq sahələrinin kağız üzərində və elektron formada qrafik təsvirini (xəritəsini) təsdiq etməli, Dövlət Komitəsi ilə birlikdə mütəmadi aparılan monitorinqlər nəticəsində şəhərsalma və ərazi planlaşdırılması sənədlərində edilmiş dəyişikliklər nəzərə alınmaqla, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahəsinin yaradılması məqsədilə ayrılacaq su fondu torpaq sahələrinin və süni torpaq sahələrinin icarə haqlarının real vəziyyətə uyğunlaşdırılması üçün sahilboyu yerləşən şəhər və rayonlar üzrə müəyyən edilmiş zonalar əsasında icarə haqqının məbləğinə (bazis qiymətinə) və qiymətləndirmə zonalarının sərhədlərinə yenidən baxmalı və zərurət yarandıqda hökumətə razılaşdırılmış təklif təqdim etməli, qərardan irəli gələn digər məsələləri həll etməlidir.
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR












