Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama

Parkinq sisteminin işləmə prinsipi ilə bağlı suallar yaranıb.
Avtosfer.az xəbər verir ki, sürücü avtomobili park etdiyi ərazidən uzaqlaşdırdıqdan sonra parkinqi tətbiqdə bağlamağı və çıxışı təsdiqləməyi unudarsa, həmin parkinq yerinin sistemdə necə əks olunduğu maraq doğurur.
İddia olunur ki, belə halda avtomobil ərazidən çıxmasına baxmayaraq, parkinq sessiyası sistemdə aktiv olaraq qalmalıdır. Bu isə həmin yerin proqramda hələ də məşğul görünməsinə səbəb ola bilər.
Digər tərəfdən, əgər sürücü çıxışı təsdiqləməyibsə, eyni parkinq yerində başqa avtomobilin parklanması zamanı sistemin bunu necə qəbul etdiyi sual doğurur.
Məsələ ilə bağlı əsas sual budur: əvvəlki sürücü parkinqi bağlamayıbsa, proqram həmin yeri yeni avtomobil üçün necə boş hesab edə bilir?
Bu vəziyyətdə sistemin avtomobilin ərazidən faktiki olaraq çıxmasını hansı mexanizmlə müəyyənləşdirdiyi də aydınlaşdırılmalıdır.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov bildirib ki, sürücü avtomobili parklanma məntəqəsində park etdiyi zaman dərhal parklanma vaxtını başlatmalı və avtomobil məntəqəni tərk etdikdə onu sonlandırmalıdır.

"Bu prosesin düzgün reallaşdırılması məsuliyyəti sürücünün üzərindədir. Proqram təminatı avtomobilin parklanma yerini tərk etdiyini təyin edə bilməz, çünki sürücü öz avtomobilini məntəqədə saxlayaraq digər nəqliyyat vasitəsi ilə və ya piyada ərazini tərk edə bilər.
Boş yerlərin mövcudluğu tətbiqdə informativ xarakter daşıyır. Tətbiqdə boş yer görünməsə də, fiziki olaraq boş yer varsa, proqramın funksionallığı parklanma vaxtını başlatmağa icazə verir.
Parklanma məntəqələrində nəqliyyat vasitələrinin davamlı monitorinqi aparılır, məlumatlar sistemə ötürülür və qanunamüvafiq qaydada proses aparılmadığı təqdirdə cərimə tətbiq olunur. Cərimə protokolunun elektron kabinetdə yerləşdirilməsi və bu barədə SMS məlumatlarının göndərilməsi isə qanunvericiliklə 24 saat ərzində təmin edilməlidir. Parklanma ödənişi isə parklanma yerinin məşğul edilməsinə görə edilir", - deyə T.Orucov bildirib. (Oxu.az)
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO












