Sürücülərə və piyadalara çətinlik yaradan yol kəsişməsi - VİDEO

Baku TV-nin "Necə olmalıdır?" rubrikasının budəfəki buraxılışında paytaxtın "Binəqədi dörd yol" kimi tanınan ərazisində yol hərəkətinin təşkili ilə bağlı mövcud problemlərdən bəhs olunub.
Bildirilib ki, Binəqədi şosesi, Azadlıq prospekti və "Baksol yolu"nun kəsişməsində hərəkətin səmərəli təşkil edilməməsi, üfüqi nişanlanma xətlərinin silinməsi və xaotik nəqliyyat axını səbəbindən ərazidə çoxsaylı konflikt nöqtələri yaranır.
Vurğulanıb ki, bir istiqamətdə yaşıl işıq yandığı zaman digər istiqamətə dönmək istəyən nəqliyyat vasitələri kəsişmənin ortasında qalır və bəzən növbəti yaşıl işığadək ərazini tərk edə bilmirlər. Nəticədə, kəsişən istiqamətlərdə nəqliyyat sıxlığı yaranır.
Qeyd olunub ki, yol nişanlanması da sürücülər və piyadalar üçün əlavə çətinlik yaradır. Belə ki, zolağın bir hissəsi geridönmə sahəsinə düşür, piyadaların təhlükəsizliyini təmin edən üfüqi nişanlanma isə demək olar ki, görünmür. Bu səbəbdən də sözügedən kəsişmədə hərəkətin təşkilinə yenidən baxılmasının zəruri olduğu bildirilib.
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO












