Sürücülərin NƏZƏRİNƏ: Bakının ən böyük prospektində hərəkət məhdudlaşdırılacaq

Bakının bir sıra küçə və yollarında təmir işləri aparılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Avtosfer.az-a verilən məlumata görə, vətəndaşların rahat və təhlükəsiz gediş-gəlişinin təmin edilməsi məqsədilə hazırda aşağıdakı ərazilərdə təmir işləri həyata keçirilir:
- Binəqədi rayonu, Mirmahmud Kazımovski küçəsi;
- Xəzər rayonu, Türkan-Hövsan şosesi;
- Suraxanı rayonu, Elzar Yusubov küçəsi;
- Binəqədi rayonu, Elçin Əzizov küçəsi.
Bildirilib ki, sentyabrın 1-də saat 09:00-dan etibarən Heydər Əliyev prospekti ilə 7-ci Köndələn küçəsinin kəsişməsində də təmir işlərinə başlanılacaq.
"Təmir işlərinin gedişindən asılı olaraq, qeyd olunan ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti qismən və ya tam məhdudlaşdırıla bilər. Məhdudiyyətlər təmir işləri başa çatanadək qüvvədə olacaq.
Sürücülərdən qeyd olunan müddətdə alternativ hərəkət istiqamətlərindən istifadə etmələri və aparılan təmir işlərinə anlayışla yanaşmaları xahiş olunur", - deyə məlumatda qeyd olunub.
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR
İmişlidəki qəzada ölən sürücü Füzuli aeroportunun əməkdaşı imiş
Yağışlara görə bu QƏRAR VERİLDİ
Zakir Həsənov koronavirusa YOLUXDU - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq












