Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq

Bakının Qaradağ və Binəqədi rayonlarında iki küçədə təmir işlərinə başlanılacaq.
Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, 22 sentyabr saat 09:00-dan etibarən Qaradağ rayonunda Səməndər İsmayılzadə küçəsinin (Xocəsən–Lökbatan avtomobil yolu) Meyvəli dairəsindən Lökbatan qəsəbəsində 28 May küçəsi ilə kəsişməyə qədər olan hissəsində təmir işləri aparılacaq.
Həmçinin Binəqədi rayonunda Əcəmi Naxçıvani küçəsinin Azadlıq prospekti ilə kəsişməsindən Atatürk prospekti ilə kəsişməsinə qədər olan hissəsində təmir işlərinə başlanılacaq.
Təmir işlərinin mərhələlərindən asılı olaraq qeyd olunan ərazilərdə nəqliyyatın hərəkəti qismən və ya tam məhdudlaşdırıla bilər.
Sürücülərdən hərəkət zamanı diqqətli olmaları və yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.
İki nəfərin öldüyü "Şəki yaylası" istirahət mərkəzi BAĞLANDI
Azərbaycan 14 İran vətəndaşını “arzuolunmaz şəxs” elan etdi - SİYAHI
İki avtobus marşrutunun hərəkət sxemi DƏYİŞDİRİLİR
Cinayətkar birlik yaratmaqda təqsirləndirilən hərbçiyə hökm oxundu
Saleh Məmmədovun yaratdığı idarələr ləğv olunur: Milyonlar...
Şəhid general-mayor Məhəmməd Əsədov – O, erməni naziri necə çaşdırmışdı? - VİDEO
Əli Həsənovun qızı biznesini satmaqdan imtina etdi
"Şəki Yaylası"nda faciəyə görə həbs edilənlər var
Hövsan–Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə naziri dəyişdi, müşavir işindən ayrıldı
Sabah bəzi sürücülər imtahana cəlb olunacaqlar - RƏSMİ












