Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!

Formula 1 zamanı Bakıda müəyyən yolların saatlı şəkildə açılması və tranzit dəhlizlərinin tətbiqi nəqliyyat sıxlığının qarşısını almaq üçün nə dərəcədə effektiv ola bilər? Bu rejim sürücülər üçün hansı çətinliklər yarada bilər?
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı Referans Media-ya açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, bu cür yanaşma tıxacların qarşısını ala bilər. Onun sözlərinə görə, müəyyən saatlarda bağlanan yolların açılması nəqliyyatın hərəkəti üçün böyük fayda verə bilər.

Ekspert qeyd edib ki, həmin istiqamətlərdə ictimai nəqliyyatın hərəkətinin də təmin olunması bu yanaşmanı daha effektiv edə bilər.
“Ümumilikdə, bu yanaşma yenidir. Əminəm ki, bu, ciddi təhlillərin nəticəsi olaraq qəbul edilmiş qərardır. Təsadüfi qərar, əlbəttə, effektiv ola bilməz. Bunu yaşayıb görsək, daha yaxşı olar. Mənə elə gəlir ki, nəticəsi müsbət olacaq. Çünki əvvəlki dövrlərdə tam qapanma mənfi fəsadlar verirdi, nəqliyyatın hərəkətini tənzimləmək mümkün olmurdu”, - deyə Elməddin Muradlı bildirib.
O, sürücülərə və sərnişinlərə müəyyən edilmiş saatları nəzərə almağı tövsiyə edib:
“Sürücülər də, sərnişinlər də bunu nəzərə alsalar yaxşı olar. Yəni digər saatlarda yox, məhz müəyyən edilmiş saatlarda istiqaməti bu yollardan götürmək olar. Bakı Şəhər Halqası və Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi məsələ ilə bağlı ətraflı məlumat yayıb. Bu məlumatlarda məsələnin hansı formada tənzimlənəcəyi açıqlanıb. Bunu nəzərə almaq lazımdır ki, həmin saatlarda həmin yollardan istifadə etsinlər”.
NİİM-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
İki nəfərin öldüyü "Şəki yaylası" istirahət mərkəzi BAĞLANDI
Azərbaycan 14 İran vətəndaşını “arzuolunmaz şəxs” elan etdi - SİYAHI
İki avtobus marşrutunun hərəkət sxemi DƏYİŞDİRİLİR
Cinayətkar birlik yaratmaqda təqsirləndirilən hərbçiyə hökm oxundu
Saleh Məmmədovun yaratdığı idarələr ləğv olunur: Milyonlar...
Şəhid general-mayor Məhəmməd Əsədov – O, erməni naziri necə çaşdırmışdı? - VİDEO
Əli Həsənovun qızı biznesini satmaqdan imtina etdi
"Şəki Yaylası"nda faciəyə görə həbs edilənlər var
Hövsan–Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə naziri dəyişdi, müşavir işindən ayrıldı












