Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...

Magistral yollarda hərəkətin təhlükəsiz və rahat təşkili sürücülərin qarşılaşdığı əsas məsələlərdən biridir.
Avtosfer.az Baku.ws-ə istinadla xəbər verir ki, yol infrastrukturunun planlaşdırılması zamanı nəqliyyat vasitələrinin hərəkət intensivliyi ilə yanaşı, sürücülərin gündəlik ehtiyacları, yaşayış məntəqələrinə əlçatanlıq və yollardan səmərəli istifadə imkanları da nəzərə alınmalıdır.
Bu baxımdan, mövcud yol şəraitinin təhlili və infrastrukturun təkmilləşdirilməsi istiqamətində atılacaq addımlar həm hərəkət rahatlığının artırılması, həm də mümkün risklərin azaldılması baxımından əhəmiyyət daşıyır.
Nəqliyyat eksperti Rauf Ağamirzəyev hesab edir ki, magistral yollarda təhlükəsiz geriyə dönmə imkanları artırılmalıdır:
"Bir çox sürücü magistral yollarda, xüsusilə yaşayış məntəqələrinin yaxınlığında geriyə dönmə hissələrinin bir-birindən uzaq yerləşməsindən şikayətlənir. Bu, əlavə yürüş məsafəsinə, yanacaq sərfinə və vaxt itkisinə səbəb olur.
Birinci dərəcəli avtomobil yollarında nəqliyyat axınları, bir qayda olaraq, müxtəlif səviyyəli yol qovşaqları vasitəsilə ayrılır. Lakin yaşayış məntəqələrinə giriş-çıxışların və geriyə dönmə ehtiyacının nəzərə alınması da yol infrastrukturunun planlaşdırılmasında mühüm amildir.
![]()
Hesab edirəm ki, magistral yolların, xüsusilə yaşayış məntəqələrindən keçən və ya onlara yaxın yerləşən hissələrinin təhlili aparılmalı, nəqliyyat axınının intensivliyi, qəza riski, əlavə yürüş məsafəsi və iqtisadi səmərəlilik nəzərə alınmaqla müxtəlif səviyyəli geriyə dönmə qovşaqlarının təşkili imkanları qiymətləndirilməlidir".
R.Ağamirzəyev əlavə edib ki, məqsəd hər yerdə yeni qovşaqlar tikmək deyil:
"Məqsəd zəruri nöqtələrdə nəqliyyat vasitələrinin təhlükəsiz və rahat geriyə dönüşünü təmin etmək, əsassız əlavə yürüşü azaltmaq və yol hərəkətinin ümumi təhlükəsizliyini artırmaqdır.
Yol infrastrukturu yalnız hərəkəti təmin etməməli, həm də hərəkəti təhlükəsiz, səmərəli və iqtisadi cəhətdən məqsədəuyğun təşkil etməlidir".
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR












