Taksi sürücüsünün 30 il əvvəlki qətli - Müttəhim həmkəndilər məhkəmədə nələri danışdılar?

Bakıda 30 il əvvəl taksi sürücüsünü qətlə yetirməkdə təqsirləndirilən Şahin Cəlilov və Hidayət Qafarovun barələrindəki cinayət işinin məhkəməsi başlayıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən baxış iclasında təqsirləndirilənlər ifadə veriblər.
Şahin Cəlilov həmin vaxt, yəni 1996-cı ildə Bakıda tikintidə işlədiyini deyib:
"Hidayətlə eyni kənddənik. Mən inşaatda işləyirdim, Hidayət də tikinti malları satılan mağazada. Həmin gün Hidayətlə "Neftçilər" metro stansiyası yaxınlığındakı kafedə yeyib-içdik. Sərxoş halda məkandan çıxanda artıq qaranlıq düşmüşdü. Cavan idim, başım da dumanlı. Hidayətə dedim ki, gəl bir maşın qaçıraq. Hidayət gedib bir taksi tapdı. Mən onu metronun girişində gözlədim. O, taksi ilə yaxınlaşanda keçib arxa oturacaqda əyləşdim, yola düşdük. Yolda sürücü ilə xeyli söhbət elədik. İdman geyimimin ipini çıxarıb qəfil sürücünün boğazına atdım, birinci ağzına keçdi. O, maşını saxladı və su içmək istədiyini dedi. Hidayət maşından düşdü, tapdığı balaca "Fanta" qabını götürüb su gətirməyə getdi. O gedən kimi ipi sürücünün boğazına dolayıb onu boğdum. Hidayət qayıdanda köməkləşib meyiti beton tunelə tulladıq. Sonra maşını aparıb Hidayətin qardaşının həyətinə qoyduq. Hidayətə dedim ki, maşından heç nə istəmirəm, sadəcə onu yox elə. O da gedib maşını doğratdırıb hissələri satdı".
Növbəti proses oktyabrın 14-nə təyin edilib.
Xatırladaq ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilmiş çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Şahin Mahmud oğlu Cəlilov və Hidayət Şirzad oğlu Qafarovun qabaqcadan əlbir olaraq 10 aprel 1996-cı il tarixdə Bakı şəhəri "Neftçilər" metrostansiyası yaxınlığında taksi fəaliyyəti ilə məşğul olan Gülməmməd Bayramovun avtomobilinə müştəri kimi əyləşərək Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində gedərkən avtomobildə onu iplə boğaraq tamah məqsədi ilə qəsdən öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.
Daha sonra cinayətin izlərini gizlətmək məqsədilə adları qeyd olunan şəxslər tərəfindən meyitin Qaraçuxur qəsəbəsində beton örtüklü boru xəttinin içərisində gizlədilməsi, zərərçəkmişə məxsus avtomobilin isə hissələrə ayıraraq satılması, əldə olunan vəsaitin aralarında bölüşdürülməsinə dair mötəbər dəlillər əldə olunub.
Qeyd edilən şəxslərin ifadələri yerində yoxlanılarkən hadisə yerində Gülməmməd Bayramovun meyitinin qalıqları aşkar olunub.
Cari il aprelin 22-də Şahin Cəlilov və Hidayət Qafarov Azərbaycan Respublikasının 1 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara ittiham elan edilib. İstintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Sərnişinlərin nəzərinə: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - FOTO
İşdən çıxarılan icra başçısı məşhur şəxsin QARDAŞIDIR
15 sentyabr: Paytaxtın hazırda hansı küçələrində sıxlıq var? - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı-Kuryk bərə xətti ilə səyahət Azərbaycana nə qazandıracaq? - DEPUTAT
Paytaxtın bu küçələrində təmir işləri YEKUNLAŞIB
DTX-nin saxladığı tiktoker "Çevik"i hansı cəza gözləyir?
Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərilib: Digər müttəhim kimdir?
Azərbaycanda İLK: Dövlət qurumlarında İŞ REJİMİ DƏYİŞİR
Bakıda marşrut xətlərinə REKORD SAYDA avtobus buraxılacaq
“Uşaqpulu”, pensiya, quru sərhədlər… – İlin sonuna kimi nələr dəyişə bilər?
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO











