Tanınmış iş adamı qadın mağazasından sonra "İlyasın kafesi"ni də BAĞLADI - VİDEO

Son zamanlar sosial şəbəkələrdə, xüsusilə TikTok və Instagram-da yaydıqları əyləncəli videolar, fərqli kampaniyalar və geniş kütlənin rəğbətini qazanan paylaşımlarla gündəmdən düşməyən gənc iş adamı İlyas Möhnətovun biznesinə qarşı ard-arda ağır zərbələr dəyir.
Sosial şəbəkələrdə milyonlarla izləyici toplayan məşhur iş adamının fəaliyyət göstərdiyi obyektlərin bir-birinin ardınca qapılarını bağlaması böyük rezonans doğurub.
Avtosfer.az xəbər verir ki, sosial şəbəkələrdə sürətlə yayılaraq geniş müzakirələrə səbəb olan son məlumatlara görə, İlyas Möhnətova aid olan və şəhərin mərkəzində yerləşən qadın paltarları mağazası da fəaliyyətini dayandıraraq qapılarını bağlayıb.
Bununla yanaşı, hər zaman şən və pozitiv abu-havası ilə seçilən, sevilib-seçilən "İlyasın kafesi" də eyni aqibətlə üzləşib. Yayılmış videoda İlyas öz komanda üzvləri ilə birlikdə kafenin qapısı önündə kədərli şəkildə dayanaraq izləyicilərinə obyektin bağlandığını elan edib və "Kafemiz bağlandı... İnşallah avqust ayında hər şey gözəl olacaq. Elə bilməyin ki, belə qalacaq" - ifadələri ilə ümidli mesaj verib.
Qeyd edək ki, gənc iş adamı İlyas Möhnətov ölkənin tanınmış simalarından biri, "AF Holdinq Şirkətlər Qrupu"nun sahibi Azay Möhnətovun qardaşı oğludur.
Son illərdə İlyas Möhnətov məhz ailəsinə məxsus olan və Novxanıda yerləşən məşhur “AF Hotel-Aqua Park” kompleksinin icraçısı kimi fəaliyyət göstərərək kompleksin idarəçiliyində və marketinqində aktiv iştirak edib.
Xatırladaq ki, bu nəhəng istirahət mərkəzi son illər çimərlik mövsümündə tətbiq etdiyi ucuz və sərfəli qiymət kampaniyaları, həmçinin sosial şəbəkələrdəki aktiv reklamları ilə də böyük populyarlıq qazanıb./nocomment.az
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO












