Təcili yardım maşınını telefonla izləmək mümkün ola bilər - RƏSMİ

Gələcəkdə təcili tibbi yardım çağıran şəxslərin briqadanın hərəkətini mobil telefon vasitəsilə izləməsi mümkün ola bilər.
Avtosfer.az-ın məlumatına görə, TƏBİB-dən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, təcili tibbi yardım xidmətinin təkmilləşdirilməsi çərçivəsində çağırışların operativ idarə olunması, briqadaların koordinasiyası, avtomobillərin GPS vasitəsilə izlənilməsi və hadisə yerinə optimal marşrutun müəyyənləşdirilməsi istiqamətində işlər aparılır.
Qeyd olunub ki, çağırış edən şəxsin təcili tibbi yardım avtomobilinin hərəkətini mobil telefon vasitəsilə izləməsi beynəlxalq təcrübədə tətbiq olunan həllərdən biridir:
"Gələcək mərhələlərdə texniki imkanlar, məlumat təhlükəsizliyi və xidmətin əməliyyat xüsusiyyətləri nəzərə alınmaqla belə bir funksiyanın tətbiqi imkanları qiymətləndirilə bilər.
Hazırda əsas prioritet çağırışların düzgün yönləndirilməsi və təcili tibbi yardım briqadasının hadisə yerinə çatma müddətinin maksimum dərəcədə azaldılmasıdır".
Qeyd edək ki, Banqladeş, Böyük Britaniya, Avstraliya və dünyanın bir sıra digər ölkələrində çağırışçıların ambulansların hərəkətini izləməsinə imkan verən GPS sistemləri artıq tətbiq olunur.
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR












