"Təhlükəsizlik, Ekologiya, Zövq" - FOTO

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası (AADA) oktyabr ayında "TEZ" Təhlükəsizlik, Ekologiya, Zövq devizi altında Ekoloji konfrans keçirəcək. Konfransda Azərbaycan avtomobil parkının mövcud durumu, problemlər və həlli yolları müzakirə olunacaq. Konfrans çərçivəsində dövlət qurumları, elm adamları, özəl sektor nümayəndələri və xarici qonaqların iştirakı və panel müzakirələr çərçivəsində çıxışlar olacaq.
Avtosfer.az xəbər verir ki, Azərbaycan Avtomobil Dilerlər Assosiasiyasının (AADA) idarə heyətinin sədri Eyyub Əliyev konfransın əhəmiyyətindən danışıb:
Bildiyiniz kimi cənab prezident İlham Əliyevin 2021 ci il 2 fevral tarixli Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər adlı sərəncamı var. Bu sərəncamın 5 ci bəndi təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi adlanır. Məhz bu sərəncamdan sonra ölkəmizdə avtomobil sektoruna xüsusi yanaşma başlandı. Aidiyyatı qurumlar sərəncamdan irəli gələn məsələləri həll etmək məqsədilə özəl sektorla dialoq qurdular. Dövlət özəl sektor dialoqu uğurlu xətt üzrə inkişaf etdi. Ekoloji nəqliyyat vasitələrinə xüsusi güsəştlər tətbiq edildi, utilizasiya proqramı işlənildi və start götürdü. Bizdə AADA olaraq fəaliyyət göstərdiyimiz sektorda yaranan və ya yarana biləcək problemlərin həlli istiqamətində daim dövlət sturukturları ilə müzakirələr aparır və təkliflər təqdim edirik.
Təhlükəsizlik, Ekologiya, Zövq adlı konfransda aşağıda qeyd edilən mövzular müzakirə olunacaq.
-Paralel idxal
-kredit və lizinq
-Yollarda təhlükəsizlik
-Elektrik avtomobillər üçün şarj məntəqələri və infrasturuktur
-Utilizasiya

Sərnişinlərin nəzərinə: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - FOTO
İşdən çıxarılan icra başçısı məşhur şəxsin QARDAŞIDIR
15 sentyabr: Paytaxtın hazırda hansı küçələrində sıxlıq var? - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı-Kuryk bərə xətti ilə səyahət Azərbaycana nə qazandıracaq? - DEPUTAT
Paytaxtın bu küçələrində təmir işləri YEKUNLAŞIB
DTX-nin saxladığı tiktoker "Çevik"i hansı cəza gözləyir?
Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərilib: Digər müttəhim kimdir?
Azərbaycanda İLK: Dövlət qurumlarında İŞ REJİMİ DƏYİŞİR
Bakıda marşrut xətlərinə REKORD SAYDA avtobus buraxılacaq
“Uşaqpulu”, pensiya, quru sərhədlər… – İlin sonuna kimi nələr dəyişə bilər?
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO











