Tələbələr bu kartla nəqliyyatda 10 faiz bonus qazanacaq

“TələbəPlus” vasitəsilə tələbələrə yeni üstünlük təqdim olunub.
Avtosfer.az xəbər verir ki, belə ki, artıq tələbələr “BakıKart” üzrə gediş haqqını “TələbəPlus” kartı ilə ödədikdə 10% bonus əldə edə biləcəklər. Bonus həm fiziki “TələbəPlus” kartı, həm də QR ödənişləri zamanı keçərlidir.
Beləliklə, ilin sonunadək tələbələr “BakıKart” üzrə nəqliyyat ödənişlərinə xərclədikləri məbləğin 10%-ni bonus şəklində gündəlik say limiti olmadan geri qazana biləcəklər.
Bilik Günü münasibətilə təqdim olunan yeni bonus imkanı tələbələrin gündəlik nəqliyyat xərclərinin müəyyən hissəsini geri qazanmasına şərait yaratmaqla yanaşı, “TələbəPlus” kartının gündəlik istifadəsi üzrə üstünlükləri də genişləndirir.
Qeyd edək ki, təhsil işçiləri üçün Təhsilin İnkişafı Fondu tərəfindən istifadəyə verilən “TələbəPlus” kartı ilə ictimai nəqliyyatdan istifadə zamanı da güzəştlər təqdim olunur. “TələbəPlus” istifadəçiləri “City Card” və BakıKart üzrə QR ödənişlərində 10% endirimdən yararlana bilirlər.
“TələbəPlus” kartı Təhsilin İnkişafı Fondu, Kapital Bank və “Visa” tərəfindən tələbələr üçün həyata keçirilən birgə layihədir. Kart tələbələrə nəqliyyatdan istifadə ilə yanaşı, müxtəlif xidmət və məhsullardan yararlanarkən bonus və endirim imkanları təqdim edir.
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR












