Tenderdən sonra tikinti müqavilələlərinə MÜDAXİLƏ EDİLİR

Azərbaycanda dövlət satınalmaları üzrə tikinti müqavilələrinin 40 faizindən çoxunda icra mərhələsində dəyişikliklər edilib.
Avtosfer.az xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov INTOSAI-ın Dövlət Satınalmalarının Auditi üzrə İşçi Qrupunun Bakıda keçirilən illik toplantısında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Hesablama Palatasının dövlət satınalmaları üzrə apardığı təhlilin ilkin nəticələri bir sıra diqqətçəkən məqamları üzə çıxarıb.
Vüqar Gülməmmədov bildirib ki, dövlət satınalmalarına dair tikinti müqavilələrinin 40 faizindən çoxunda icra müddətində dəyişikliklər aparılır və bu dəyişikliklər tender şərtlərinə uyğun deyil, həmçinin satınalan tərəfin maraqlarına xidmət etmir.
Hesablama Palatasının sədri əlavə edib ki, aparılan təhlillər hələ yekunlaşmayıb və əldə olunan nəticələr ilkin xarakter daşıyır.
O, həmçinin qeyd edib ki, 2023–2025-ci illəri əhatə edən müqayisəli təhlilə əsasən, 2025-ci ildə dövlət satınalmalarının sayı 2023-cü illə müqayisədə təxminən 52 faiz, ümumi məbləği isə 43 faiz artıb.
V.Gülməmmədovun sözlərinə görə, ötən il olduğu kimi, 2025-ci ildə də məbləğ baxımından bir mənbədən satınalma üsulu üstünlük təşkil edib. Bundan başqa, elektron açıq tenderlər nəticəsində formalaşan qiymətlərin bəzi hallarda eyni predmet üzrə bir mənbədən bağlanmış satınalma müqavilələrinin qiymətindən yüksək olması da müşahidə edilib./ajans.az
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR
İmişlidəki qəzada ölən sürücü Füzuli aeroportunun əməkdaşı imiş
Yağışlara görə bu QƏRAR VERİLDİ
Zakir Həsənov koronavirusa YOLUXDU - VİDEO












