Tərtərçayın sağ sahil kanalı yenidən qurulacaq

Tərtər Suqovuşan hidroqovşağından başlayan Tərtərçay magistral kanalı və sol sahil kanalı müharibədən sonra bərpa olunub. Hazırda isə sağ sahil kanalının yenidən qurulması üçün hazırlıq işləri davam edir.
Avtosfer.az xəbər verir ki, bu fikirləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) tərəfindən Xankəndi şəhəri və Ağdərə rayonuna təşkil edilən mediatur çərçivəsində jurnalistlərə açıqlamasında Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədr müavini İlham Quliyev deyib.
Onun sözlərinə görə, sağ sahil kanalında yenidənqurma işləri ərazilərin minalardan tam təmizlənməsindən sonra həyata keçiriləcək.
“Burada görülən işlərin hamısı Azərbaycan dövlətinin, dövlət büdcəsindən ayrılan vəsait hesabına həyata keçirilir. Qeyd etdiyim kimi, Tərtər Suqovuşan hidroqovşağından başlayan Tərtərçay magistral kanalı və sol sahil kanalı müharibədən sonra bərpa olunub. Hazırda isə minatəmizləmə işləri başa çatdıqdan sonra sağ sahil kanalında yenidənqurma işlərinin həyata keçirilməsi nəzərdə tutulur”, – deyə İ.Quliyev bildirib.
O qeyd edib ki, həyata keçirilən layihələr regionun su təsərrüfatı infrastrukturunun bərpasına, suvarma imkanlarının genişləndirilməsinə və kənd təsərrüfatının inkişafına mühüm töhfə verəcək.
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR
İmişlidəki qəzada ölən sürücü Füzuli aeroportunun əməkdaşı imiş












