Təyyarədə bələdçi Aydanla rastlaşdı - “Daha qəza olmayacaq...” - FOTO

"AZAL təyyarəsinin qəzaya uğrama videolarını izləyən qardaşım oğlu Tuqaya hadisə çox pis təsir etmiş, təyyarə qorxusu yaranmışdı. Hətta qardaşı doğulanda da nə qədər təkid etdik, Bakıya gəlmək istəmədi”.
Avtosfer.az xəbər verir ki, bu haqda şəhid Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu məlumat paylaşıb.
Onun sözlərinə görə, Tuqay təyyarənin salonunda həmin qəzadan möcüzəvi şəkildə sağ çıxan bələdçi Aydan Rəhimli ilə rastlaşıb: “Bir neçə gün əvvəl valideynləri ilə birgə Bakıya gəlməyə razılaşan Tuqay təsadüfən qəzada sağ qalan, “Rəşadət” ordeni ilə təltif olunan Aydan xanımla təyyarənin salonunda rastlaşıb. Naxçıvandan qayıdan Aydan xanım ona təyyarənin qorxulu olmadığını, daha qəza olmayacağını, birlikdə rahat uçacaqlarını deyərək inandırmağı bacarıb”.
Qeyd edək ki, A.Rəhimli 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif olunan ilk qadın kimi Azərbaycan tarixinə düşüb.
Xatırladaq ki, 25 dekabr 2024-cü ildə AZAL-a məxsus sərnişin təyyarəsi Qazaxıstanın Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər yaralanıb.



Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO












