Tikinti şirkətinin yük maşınları məhəllədaxili yolu yararsız hala saldılar - VİDEO

Bir vaxtlar rahat hərəkət etdikləri məhəllədaxili yol indi sakinlər üçün narahatlığa çevrilib.
Avtosfer.az xəbər verir ki, bura paytaxtın Xətai rayonu Gəncə prospektidir. Sakinlər iddia edirlər ki, ''Sultan'' MMC tərəfindən inşa edilən 14 mərtəbəli yaşayış binasının tikintisinə başlayandan sonra əraziyə daxil olan ağırtonnajlı yük maşınları yolun asfalt örtüyünü yararsız vəziyyətə salıb.
Sakinlər bildirirlər ki, tikinti işlərinin aparılmasına etiraz etmirlər. Onların əsas istəyi işlər yekunlaşdıqdan sonra dağılan yolun əvvəlki vəziyyətinə qaytarılmasıdır.
Tikintini icra edən ''Sultan''MMC-dən "Xəzər Xəbər"ə bildirdilər ki, hazırda tikintidə ağır işlər yekunlaşmaq üzrədir. Tikinti işləri başa çatdıqdan sonra binanın ətrafında abadlıq işləri görüləcək. Ərazidə sakinlərin istirahəti üçün park salınacaq, yararsız vəziyyətə düşən məhəllədaxili yolun asfalt örtüyü isə yenidən çəkiləcək.
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR












