TikTok-da söyüş söyən yeniyetmə qız SAXLANILDI

Sosial şəbəkədə əxlaq normalarını pozan daha bir şəxs saxlanılıb.
Avtosfer.az Lent.az-a istinadla xəbər verir ki, yetkinlik yaşına çatmayan Rəna Musayeva (şərti adla) tiktok sosial platformasında özünə məxsus “rena049” adlı səhifəsində canlı yayım açıb. Canlı yayım zamanı nalayiq ifadələr işlədərək, ictimai mənəviyyatı təhqir edən əməllərə yol verib.
Bu əməlinə görə, Rəna Musayeva polis şöbəsinə dəvət edilib və barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsilə protokol tərtib olunub.
Rəna Musayeva bildirib ki, 2 ildir bu səhifəni işlədir. Daim canlı yayımlar açır və özünə aid videolar çəkərək paylaşır. O, əməlindən peşman olduğunu deyərək, barəsində yüngül cəza verilməsini istəyib.
Məhkəmə iclasında Rənanın qanuni nümayəndəsi və ərazi üzrə rayon icra hakimiyyətinin yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın psixoloqu da ifadə veriblər. Psixoloq bildirib ki, dəfələrlə Rənanın evinə gedərək, onunla profilaktiki söhbətlər aparılıb. Sonda Rənanın yaşının nəzərə alınması və barəsində cərimə növündə cəza verilməsi istənilib.
Məhkəmənin qərarı ilə Rəna Musayeva 500 manat məbləğində inzibati qaydada cərimələnib.
Gecə də baha, gündüz də! - Bakıda taksi qiymətləri niyə gün boyu YÜKSƏKDİR? - FOTO
"Şir heykəli" ərazisində köhnə asfalt yenisi ilə nə vaxt əvəzlənəcək? - VİDEO
Pensiyalarla bağlı ŞAD XƏBƏR: Bu qədər artım olacaq - Nazirlikdən AÇIQLAMA
Bayılda binanın fasadı qopdu - VİDEO
90 min yox, 180 min manat - Kompensasiya ilə bağlı YENİ TƏKLİF
Əsas yolda təhlükəli vəziyyət: Oyuncaq maşınla yola çıxdı - VİDEO
''Vaz'' dairəsi kimi tanınan ərazidə sürücülərə TƏHLÜKƏ - VİDEO
Əxlaq normalarını pozan İKİ UŞAQ ANASI SAXLANILDI
İki məktəbin fəaliyyəti dayandırılacaq - RƏSMİ
Bakı sakinlərinə ŞAD XƏBƏR - Tıxaclara çarə tapıldı
Bakıda bu yollarda məhdudiyyət ARADAN QALDIRILDI










