Trampı gətirən təyyarə Ankaraya endi - VİDEO - YENİLƏNİB

ABŞ Prezidenti Donald Trampın təyyarəsi artıq Ankaraya enib.
Avtosfer.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Bildirilib ki, Ağ Ev liderini paytaxtda Türkiyə rəsmiləri qarşılayıblar.
Qeyd edək ki, ABŞ prezidentinin sammit çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü planlaşdırılır.
***
ABŞ Prezidenti Donald Tramp Ankarada keçiriləcək NATO sammitində iştirak etmək üçün Türkiyəyə yola düşüb.
Avtosfer.az xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb. Ağ Ev lideri jurnalistlərə açıqlamasında bu səfərin yeganə səbəbkarının Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan olduğunu bildirib.
"Mən Ərdoğana görə gedirəm" deyən Tramp, Türkiyə liderini dost və hörmətli lider adlandırıb, eyni zamanda iki ölkənin müdafiə sahəsində əməkdaşlığı genişləndirə biləcəyinə işarə edib.
Ağ Evin mətbuat xidmətinin məlumatına görə Trampı "Air Force One" təyyarəsində dövlət katibi Marko Rubio, maliyyə naziri Skott Bessent, hərb naziri Pit Heqset, Ağ Evin aparat rəhbərinin müavinləri Den Skavino və Stiven Miller, Ağ Evin Kommunikasiya direktoru Stiven Çunq müşayiət edir.
Bildirilib ki, Tramp və Ərdoğan arasında ikitərəfli məsələlərin müzakirə olunacağı görüş baş tutacaq.
Türkiyə Prezident Administrasiyasının İletişim sədri Burhanəddin Duranın verdiyi bəyanata görə, danışıqlar zamanı Ankara-Vaşinqton əlaqələri müdafiə, ticarət və investisiya da daxil olmaqla bütün istiqamətlərdə nəzərdən keçiriləcək. Mövcud əməkdaşlığın daha da dərinləşdirilməsi üçün atıla biləcək addımlar ətrafında fikir mübadiləsi aparılacaq.
Çərşənbə axşamı Ankarada işinə başlayacaq NATO sammitində təhlükəsizlik və regional münaqişələrin əsas müzakirə mövzusu olacağı, Trampın isə dünya liderləri ilə görüşəcəyi gözlənilir.
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO












