Tranzit daşımalarda eTIR sisteminin tətbiqinə başlandı

Azərbaycan, Türkmənistan və Özbəkistan arasındakı tranzit daşımalarda eTIR sisteminin tətbiqinə başlanıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
Bildirilib ki, Azərbaycandan şərqə doğru hərəkət edən televizor və musiqi avadanlıqları yükü Xəzər dənizi üzərindən “Türkmənbaşı” limanına çatdırılıb, daha sonra isə “Farap” sərhəd-keçid məntəqəsi vasitəsilə Özbəkistana daxil olub. Bu əməliyyat vahid prosedur çərçivəsində Azərbaycan, Türkmənistan və Özbəkistanı birləşdirən ilk eTIR daşınmasıdır.
Həmçinin qərb istiqamətində isə Türkmənistandan pambıq, şirə, su və qənnadı məmulatları daşıyan dörd yük avtomobili “Türkmənbaşı” limanında gömrük rəsmiləşdirilməsini tamamladıqdan sonra bərə ilə Xəzər dənizini keçərək Beynəlxalq Dəniz Ticarət Limanına çatıb.
Sistemin tətbiq edilməsində Azərbaycan, Türkmənistan və Özbəkistanın gömrük orqanları, BMT-nin Avropa üzrə İqtisadi Komissiyası (UNECE), Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (IRU) və onun üzv təşkilatları ABADA, THADA və AIRCUZ arasındakı əməkdaşlıq mühüm rol oynayıb.
Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (IRU) dəstəyi ilə həyata keçirilən layihə gömrük məlumatlarının real vaxt rejimində elektron qaydada mübadiləsinə, kağız sənədləşmənin həcminin azalmasına, risklərin minimuma endirilməsinə, gömrük prosedurlarının sürətləndirilməsinə, xərclərin azaldılmasına, əməliyyatların və ticarətin sadələşdirilməsinə imkanlar yaradır.
Eyni zamanda eTIR sistemin tətbiqi Orta Dəhlizin cəlbediciliyinin yüksəlməsi, bu marşrut vasitəsilə yükdaşımaların həcminin artması baxımından da əhəmiyyət daşıyır.
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR












