“TuranBank” beynəlxalq mükafata layiq görüldü - Sinqapurda - FOTOLAR

Azərbaycanın aparıcı maliyyə institutlarından biri olan “TuranBank” ASC, beynəlxalq miqyasda əldə etdiyi nailiyyətlərə və formalaşdırdığı səmərəli əməkdaşlıq münasibətlərinə görə növbəti nüfuzlu beynəlxalq mükafata layiq görülüb.
“Bank Asiya İnkişaf Bankı” (ADB) tərəfindən təşkil olunan və beynəlxalq maliyyə sektorunda yüksək nüfuza malik olan “12-ci Ticarət və Təchizat Zəncirinin Maliyyələşdirilməsi Proqramı üzrə Mükafatlar – 2026” ( 12th Trade and Supply Chain Finance Program Awards 2026) çərçivəsində “Azərbaycanda aparıcı tərəfdaş bank” (Leading Partner Bank in Azerbaijan) nominasiyasının qalibi elan edilib.
Mükafat 8 sentyabr 2026-cı il tarixində Sinqapurda keçirilən regional tərəfdaş bankları təmsil edən 200-dən çox nümayəndənin də iştirak etdiyi rəsmi tədbir zamanı təqdim olunub.
Qeyd edək ki, sözügedən mükafat “TuranBank” ASC-yə ölkədə kiçik və orta sahibkarlığın (KOS) maliyyələşdirilməsi, beynəlxalq ticarət əməliyyatlarının dəstəklənməsi və dayanıqlı inkişaf layihələrinin uğurlu icrası istiqamətində nümayiş etdirdiyi yüksək fəaliyyət göstəriciləri və innovativ yanaşmalarının hərtərəfli təhlili və qiymətləndirilməsi nəticəsində təqdim olunub. Bu nailiyyət bankın şəffaf idarəetmə prinsiplərinin, maliyyə sabitliyinin və beynəlxalq maliyyə institutları ilə uğurla həyata keçirdiyi strateji tərəfdaşlıqların bariz nümunəsidir.
1992-ci ildən etibarən fəaliyyət göstərən “TuranBank” 22 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. Bankın təqdim etdiyi yeni xidmətlə bağlı ətraflı məlumatı rəsmi veb səhifəsini və ya sosial şəbəkələrdəki (Feysbuk, İnstaqram və s.) səhifələrini izləyərək əldə edə bilərsiniz.
“TuranBank”
Bizimlə etibarlıdır…


Real şəhər mühitində sürücülərin təcrübəsi necə artırıla bilər? - AÇIQLAMA
Əvəz Qocayevin kürəkəninin dələduzluq işi üzrə məhkəmə başladı - FOTO
Traktorların satışı və ehtiyat hissələrinin idxalı 6 il müddətinə ƏDV-dən azad olunacaq
Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq
Polad Həşimovun anasının səhhətində problem yarandı: Xəstəxanaya yerləşdirildi
TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı
Bakıda kirayə qiymətlərinin artmasının əsas səbəbi nədir? – İQTİSADÇI
Üzrlü səbəbdən qayıb limitini aşan tələbə imtahana buraxılır? – RƏSMİ
Azərbaycan–Çin Sənaye Parkı ölkəyə hansı iqtisadi faydaları verəcək? – POLİTOLOQ
İki nəfərin öldüyü "Şəki yaylası" istirahət mərkəzi BAĞLANDI
Azərbaycan 14 İran vətəndaşını “arzuolunmaz şəxs” elan etdi - SİYAHI












