Turistlərə ölkəsində ölməyi qadağan etdi

Tailandın Baş nazirinin müavini və daxili işlər naziri Anutin Çarnvirakul qanunu pozan əcnəbiləri ölkəni tərk etməyə çağırıb.
Avtosfer.az xəbər verir ki, bu haqda TASS məlumat yayıb.
Sərt çıxışında hökumət rəsmisi xüsusilə əcnəbilər tərəfindən dini məkanların və şəxsi qəbiristanlıqların yaradılması məsələsinə toxunaraq, faktiki olaraq turistlərə ölkə daxilində vəfat etməyi qadağan edib.
“Bu yaxınlarda özəl qəbiristanlıq tikmək barədə bir tələbdən xəbərdar oldum. Bu artıq həddi aşmaqdır. Bura gəlməyinizə icazə verdiyimiz üçün minnətdar olmalısınız”, – deyə Çarnvirakul deyib.
Onun sözlərinə görə, belə təşəbbüslər qanunvericiliyə uyğun olmalı, həmçinin Tailand cəmiyyətinin və mədəniyyətinin xüsusiyyətlərini nəzərə almalıdır.
“Əgər öləcəksinizsə, gedin öz ölkənizdə ölün, burada ölməyiniz üçün heç bir səbəb yoxdur”, – o bildirib.
Nazir həmçinin əcnəbilərin restoran açmaq üçün icazə alıb, sonradan həmin məkandan dini mərasimlər üçün istifadə etməsi hallarını yolverilməz adlandırıb.
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO












