Turistləri "Atəşgah"da aldatmaq istədilər, qalmaqal yarandı: "Dörd dəfə hesab dəyişdi" - VİDEO

Bakıda "Atəşgah" restoranında xarici turistlərə hesabın normal qiymətdən artıq təqdim edildiyi iddia olunub.
Avtosfer.az xəbər verir ki, bununla bağlı turist öz sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, qeyd edilən restoranda yeməyin qiyməti menyuda göstəriləndən iki dəfə artıq tələb olunub:
"Çinli dostlarımızla birlikdə Atəşgah məbədinə ekskursiyaya gəlmişdik. Yemək yemək üçün Atəşgah ərazisindəki restorana getdik. Azərbaycan dilində səlis şəkildə danışan yoldaşımız turistlər üçün nəzərdə tutulmuş menyunu deyil, adi menyunu istədi. Bizə həmin menyunu gətirdilər. Oradakı yeməklərin adlarına və qiymətlərinə baxaraq sifariş verdik.
Hesabı ödəmək istəyəndə isə bizə hər bir yeməyin qiymətinin iki dəfə baha göstərildiyi hesab təqdim etdilər. Ofisiantı çağırıb xahiş etdik ki, sifariş verdiyimiz menyunu gətirsin və hesabı həmin qiymətlərlə hesablasın. Bunu düzəltmələrini dörd dəfə istədik. Çünki hər dəfə gətirilən növbəti hesab əvvəlkindən təxminən 20 manat ucuz olsa da, yenə də sifariş verdiyimiz ilk menyudakı qiymətlərə uyğun gəlmirdi.
Yalnız özümüz sifariş verdiyimiz menyunu gətirmələrini və hər bir yeməyin qiymətini ayrıca hesablamalarını tələb etdikdən sonra - dördüncü dəfə düzgün məbləği müəyyənləşdirə bildik. Bütün hesablamaları özümüz apardıq.
Siz düşünün, insan sizinlə Azərbaycan dilində səlis danışır, sifariş verir və turistlər üçün nəzərdə tutulanla adi menyular arasındakı fərqi bildiyi üçün əvvəlcədən adi menyunu istəyir. Əvvəlcə bizə 180 manatlıq dörd fərqli hesab təqdim etdilər, halbuki sifarişimizin real qiyməti 108 manat idi. Turistlər üçün ayrıca, daha baha menyunun olması, ümumiyyətlə, qəbuledilməzdir".
Məsələ ilə bağlı "Atəşgah" restoranından bildirilib ki, hesabın düzgün təqdim olunması onların məsuliyyətidir və həmin gün bu məsələdə səhvə yol verilib:
"Günorta saatlarında terasımızdakı 2 nömrəli masada əyləşən qonaqlarımıza səhvən zalın 2 nömrəli masasının hesabı təqdim olunub. Qonaqlarımız səhvi bildirdikdə əməkdaşımız üzr istəyib və kassaya yaxınlaşaraq onların öz sifarişlərinə aid düzgün hesabı gətirib. Qonaqlarımızın sonrakı narazılığı və endirim istəyi də nəzərə alınaraq hesaba əlavə endirim tətbiq olunub.
Burada qonaqları aldatmaq niyyəti olmayıb - iki ayrı bölmədə eyni nömrəli masaların hesabları səhv salınıb. Bununla belə, səhvin istəmədən baş verməsi bizim məsuliyyətimizi azaltmır. Qonaqlarımızın düzgün hesab və aydın izah gözləməsi tamamilə haqlı tələbdir.
Bizim üçün hər bir qonağın etimadı dəyərlidir. Məqsədimiz mübahisə yaratmaq deyil, baş verənləri aydınlaşdırmaq və yol verdiyimiz səhvə görə səmimi üzr istəməkdir.
İradları nəzərə alaraq hesabların yoxlanılmasına daha diqqətlə yanaşacağıq"./oxu.az\
Bir sıra yollarda görünüş məhdudlaşacaq - Sürücülərin nəzərinə!
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı












