Türk Hava Yollarından Dəməşqə ilk uçuş: Biletlər iki həftə əvvəldən satılıb - FOTO

Türk Hava Yolları (THY) yenidən Suriyanın paytaxtı Dəməşqə uçuşlara başlayır.
Avtosfer.az-ın xəbərinə görə, bu barədə "Turizm News" portalı məlumat verib.
Məlumata görə, Türk Hava Yollarının 12 illik fasilədən sonra yanvarın 23-də bərpa olunan İstanbul-Dəməşq aviareyslərinin biletləri iki həftə əvvəldən satılıb.
Bildirilir ki, İstanbul Beynəlxalq Hava Limanından Bakı vaxtı ilə saat 10:00-da reallaşdırılan ilk reysdə sərnişinlərin əhəmiyyətli hissəsini Türkiyə rəsmiləri təşkil edir. Uçuşlar geniş gövdəli "Airbus A330-203" təyyarələri ilə həyata keçiriləcək.
Xatırladaq ki, THY daha əvvəl İsrail və İran vətəndaşlarının şirkətin təyyarələrində Suriyaya səfər etməyəcəyini açıqlamışdı. Şirkətin saytında yenilənmiş məlumatda bildirilir ki, qadağa yalnız İsrail vətəndaşlarına şamil edilir. İran nümayəndələrinin Suriyaya daxil olması üçün isə yerli hakimiyyət orqanlarından icazə tələb olunur. Analoji qayda xarici KİV nümayəndələrinə də aiddir.
Aviaşirkət, həmçinin xəbərdarlıq edir ki, xarici bank kartları ilə xidmət və malların ödənilməsi mümkün olmadığı üçün xarici vətəndaşlar Suriyaya daxil olarkən mütləq şəkildə nağd valyutaya malik olmalıdırlar.
(oxu.az)
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR

















