Türkiyə Gültəkin Hacıbəylini niyə Bakıya göndərmir?

Milli Şuranın üzvü Gültəkin Hacıbəyli 29 noyabrda İstanbulda polis bölməsinə aparılıb və noyabrın 30-u səhər saatlarında Arnavutköy deportasiya məntəqəsinə yerləşdirilib. Onun Azərbaycana deport ediləcəyi bildirilsə də, indiyə qədər bu addım atılmayıb.
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı İstanbulda yaşayan və adının açıqlanmasını istəməyən hüquq müdafiəçisi Axar.az-a açıqlama verib.
Onun sözlərinə görə, Arnavutköy deportasiya məntəqəsi olduqca böyük yerdir və deport edilməsi nəzərdə tutulan müxtəlif ölkələrin vətəndaşları ora göndərilirlər.
"Əgər şəxs deport olunmasına etiraz edirsə, ona 15 gün müddətində özünü müdafiə etmək hüququ verilir. Ehtimal ki, Gültəkin Hacıbəyli deport olunmasına etirazını bildirib və bu istiqamətdə hüquqi prosedurlar işə düşüb. Onun vəkilləri 15 gün ərzində Gültəkin Hacıbəylinin niyə deport olunmamasının gərəkdiyini sübut etməlidirlər", - mənbə bildirib.
Qeyd edək ki, Gültəkin Hacıbəyli Türkiyəyə 25 sentyabrda getdiyini, 3 aylıq müddətin 25 dekabrda tamam olduğunu (Azərbaycan vətəndaşları Türkiyədə vizasız 3 aylıq qalma hüququna malikdir), eyni zamanda, 2 illik müvəqqəti yaşama icazəsini əsas gətirərək, deportasiya olunmasını qanunsuz saymışdı.
Miqrasiya məsələləri üzrə ekspertlər isə bildirirlər ki, Gültəkin Hacıbəyli siyasi sığınacaq üçün müraciət etmədiyindən, onun Azərbaycan hüquq-mühafizə orqanlarının sorğusuna cavab olaraq deportunda qanunsuzluq yoxdur.
Lənkəranda üzərində oyuncaq silah gəzdirən şəxs saxlanıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Noyabrda 11 gün İŞ OLMAYACAQ
Dövlət Xidmətində yeni şöbə müdiri təyin edildi - FOTO
Maliyyə nazirinə yeni MÜAVİN TƏYİN EDİLİB
Mərkəzi Bankın ehtiyatları 15,4 milyard dollara çatıb, təklif tələbi üstələyib - İQTİSADÇI
Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin üzvlüyündən də QOVULDU
Bu xanıma yüksək vəzifə verildi - FOTO
Sürücülər buna görə 50 manat cərimə olunacaq - YENİ QAYDA
Oğlunun adı qətldə hallanan deputat Arzuxan Əlizadə DANIŞDI
Azərbaycanın ən böyük suvarma kanalında işlər nə yerdədir? - FOTO












