Türkiyədə silah almaq məhdudlaşdırılır

Türkiyə hakimiyyəti ötən həftə yerli məktəblərdə baş verən iki atışmadan sonra respublika sakinlərinin odlu silah sahibi olmasını məhdudlaşdırmaq və silah sahiblərinə qarşı cəzaları sərtləşdirmək üçün əlavə hüquqi tədbirlər görəcək.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra açıqlama verib.
"Məktəblərimizdə təhlükəsizliyin təmin edilməsi bizim əsas prioritetimizdir. Bu məsələdə nə indi, nə də gələcəkdə heç bir güzəştə getməyəcəyik. Təhlükəsizlik və etibarlılıq öhdəliklərini yerinə yetirməyən odlu silah sahiblərinə qarşı cəzaları sərtləşdirəcəyik. Silah sahibliyini məhdudlaşdıran əlavə hüquqi qaydalar tətbiq edəcəyik.", - deyə o əlavə edib.
O qeyd edib ki, aprelin 15-də Türkiyənin cənub-şərqindəki Kahramanmaraş vilayətindəki bir məktəbdə baş verən atışma nəticəsində 9 nəfər ölüb, 21-i yaralanıb. Aprelin 14-də isə eyni bölgədəki Şanlıurfa vilayətindəki məktəbdə baş verən silahlı insidentdə 19 nəfər xəsarət alıb:
"Sosial media və rəqəmsal kommunikasiya platformalarında yalan, manipulyativ və zərərli məzmun yayan hesablara qarşı müvafiq tədbirlər gördük. Ölkə hakimiyyəti "virtual patrulları" gücləndirmək və hüquq-mühafizə orqanlarının kibertəhlükəsizlik sahəsində potensialını artırmaq niyyətindədir. Məktəblər və hüquq-mühafizə orqanları arasında əməkdaşlığın gücləndirilməsi və yeni iş modellərinin hazırlanması da bu prosesdə atacağımız addımlardan biri olacaq".
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA












