Uçuşların idarə edilməsi sistemindəki yeni nasazlıq aeroportların işini pozdu

Hava hərəkətinin idarə edilməsi sistemindəki yeni nasazlıq Böyük Britaniyanın bir neçə hava limanının işinin pozulmasına səbəb olub.
Avtosfer.az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.
Ləngimələr Mançester, Qlazqo və Belfast hava limanlarında qeydə alınıb. Hava hərəkətinin idarə edilməsi sisteminin operatoru olan NATS ləngimələrə səbəb kimi Şotlandiyadakı mərkəzlərindən birində yaranan nasazlığı göstərib.
Londonun Qatvik və London-Siti hava limanları mümkün fasilələr barədə xəbərdarlıq edib. "British Airways" də sərnişinləri mümkün ləngimələr barədə məlumatlandırıb, "easyJet" aviaşirkəti isə bir neçə reysi ləğv edib.
"Bu, NATS sistemlərinin dayanıqlığını yenidən sual altına alır və bu cür nasazlıqların təkrarlanmasının qarşısını almaq üçün qəti tədbirlərin görülməsinin zəruriliyini nümayiş etdirir", - "easyJet"dən bildirilib.
Bu, Böyük Britaniya hava limanlarının işindəki ilk nasazlıq deyil. Sentyabrın 8-i səhər saatlarında Britaniyanın hava əlaqəsi sistemindəki irimiqyaslı nasazlıq 2 100 reysin ləğv edilməsinə gətirib çıxarıb və 300 mindən çox sərnişinin planlarına təsir göstərib. İnsident Londonun hava limanları, eləcə də Mançester, Luton və Edinburq hava limanları daxil olmaqla, Böyük Britaniyanın 15-dən çox hava limanına təsir edib. O zaman NATS hava limanlarının işində baş vermiş bu nasazlığın kənardan müdaxilə deyil, sistemin proqram təminatındakı xəta səbəbindən baş verdiyini bildirmişdi.
Nəticədə NATS bütün Böyük Britaniya ərazisində məhdudiyyətlər tətbiq etməyə və hava məkanının idarə edilməsi üzrə milli sistemi yenidən başlatmağa məcbur olub.
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO












