Üzrlü səbəbdən qayıb limitini aşan tələbə imtahana buraxılır? – RƏSMİ

Universitetlərdə təhsil alan tələbələrin üzrlü səbəblərdən dərslərdə iştirak edə bilməməsi və bu müddətdə davamiyyətin necə rəsmiləşdirilməsi məsələsi müzakirə mövzusudur. Xüsusilə, rəsmi tibbi arayış təqdim edilməsinə baxmayaraq, buraxılan dərslərə görə “qayıb” qeyd olunması tələbələrin akademik göstəricilərinə təsiri ilə bağlı suallar yaradır.
Avtosfer.az xəbər verir ki, avtomobil qəzası, yoluxucu xəstəlik, hamiləlik və digər üzrlü səbəblərlə dərslərdə iştirak edə bilməyən tələbələrin davamiyyətinin necə tənzimləndiyi maraq doğurur. Bəs rəsmi arayış əsasında buraxılan dərslərə görə “qayıb” yazılması və bunun tələbənin semestr ortalamasına təsiri hansı qaydalarla müəyyən olunur?
Elm və Təhsil Nazirliyi sorğumuza cavab olaraq bildirib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na əsasən, fənn üzrə ayrılmış auditoriya saatlarının 25 faizindən çoxunda iştirak etməyən tələbə, təqdim etdiyi arayışdan asılı olmayaraq, həmin fəndən imtahana buraxılmır.
Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi Avtosfer.az-a açıqlamasında bildirib ki, universitetlərdə bakalavr və magistratura səviyyəsində təhsil alan tələbələr xəstəlik və digər fors-major hallarla əlaqədar dərslərdə iştirak edə bilmədikdə, müvafiq dövlət nümunəli sənədləri təhsil müəssisəsinə təqdim edirlər:

''Bu sənədlər əsasında onların buraxdıqları dərslərə görə qeydə alınan qayıbların silinməsi mümkündür. Bu, qanunvericiliyin tələbləri ilə də tənzimlənir. Lakin bəzi hallarda sui-istifadə hallarının qarşısını almaq məqsədilə saxta sənədlərin təqdim edilməsi də müşahidə olunur. Belə sənədlərin araşdırılması isə müəyyən vaxt tələb edir. Bu səbəbdən bəzi hallarda tələbələrin davamiyyətində qayıb qeydə alınır. Bu məsələnin həlli üçün rəsmi arayışların elektron hökumət portalı üzərindən təqdim edilməsi vacibdir. Əgər tələbənin təqdim etdiyi arayış elektron sistemdə mövcuddursa və universitet həmin sənədin dövlət tərəfindən verildiyini təsdiqləyə bilirsə, bu halda tələbəyə qayıb yazılmamalı, əvvəlki qeydlər isə silinməlidir. Bu mexanizm həm saxta sənədlərlə bağlı sui-istifadə hallarının qarşısını ala, həm də üzrlü səbəbdən dərslərdə iştirak edə bilməyən tələbələrin hüquqlarını qoruya bilər. Beləliklə, tələbələr rəsmi sənədlərini təqdim etməklə davamiyyətlə bağlı problemlərini qanuni şəkildə həll edə bilərlər''.
Fatimə
Azərbaycan–Çin Sənaye Parkı ölkəyə hansı iqtisadi faydaları verəcək? – POLİTOLOQ
İki nəfərin öldüyü "Şəki yaylası" istirahət mərkəzi BAĞLANDI
Azərbaycan 14 İran vətəndaşını “arzuolunmaz şəxs” elan etdi - SİYAHI
İki avtobus marşrutunun hərəkət sxemi DƏYİŞDİRİLİR
Cinayətkar birlik yaratmaqda təqsirləndirilən hərbçiyə hökm oxundu
Saleh Məmmədovun yaratdığı idarələr ləğv olunur: Milyonlar...
Şəhid general-mayor Məhəmməd Əsədov – O, erməni naziri necə çaşdırmışdı? - VİDEO
Əli Həsənovun qızı biznesini satmaqdan imtina etdi
"Şəki Yaylası"nda faciəyə görə həbs edilənlər var
Hövsan–Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə naziri dəyişdi, müşavir işindən ayrıldı












