Vahid Ələkbərov 9 ayda 2 milyard itirib

Rusiyanın ən varlı iş adamlarından biri, əslən azərbaycanlı milyarder Vahid Ələkbərovun sərvəti 2026-cı ilin əvvəlindən 1,9 milyard dollar azalıb.
Avtosfer.az xəbər verir ki, bu barədə məlumat “Bloomberg Billionaires Index”in reytinq siyahısında yer alıb.
Belə ki, reytinqdə ən varlı rusiyalıların ilk beşliyinə daxil olan “Lukoyl”un təsisçisinin sərvəti hazırda 20,7 milyard dollar olaraq qiymətləndirilir. Halbuki, bu ilin yanvarında onun sərvətinin 22,6 milyard dollar olduğu açıqlanmışdı.
Ümumilikdə cari ilin əvvəlindən Rusiyanın ən varlı iş adamlarının sərvəti 19,7 milyard dollar azalıb. Siyahıya sərvəti 27,7 milyard dollar olaraq qiymətləndirilən “Severstal”ın əsas benefisiarı Aleksey Mordaşov başçılıq edir. Onu bu siyahıda “Novatek”in şərik sahibi Leonid Mihelson (24,1 milyard dollar), “Norilsk Nikel” şirkətinin sahiblərindən biri Vladimir Potanin (22,7 milyard dollar), NLMK-nın Direktorlar Şurasının rəhbəri Vladimir Lisin (22,5 milyard dollar) və Vahid Ələkbərov izləyirlər.
Dünya reytinqinə isə 888 milyard dollar sərvəti olan “Tesla” və “SpaceX”in sahibi İlon Mask başçılıq edir. İlk beşliyə həmçinin “Google”un həmtəsisçisi Larri Peyc (291 milyard dollar), “Amazon”un qurucusu Ceff Bezos (281 milyard dollar), “Google”un həmtəsisçisi Sergey Brin (271 milyard dollar) və “Dell Technologies”in baş direktoru Maykl Dell (232 milyard dollar) daxildir.
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR












