Vəzir Həsənovun idarəsində yoxlama - Cəzalandırılanlar var

Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik İdarəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində yoxlama aparıb.
Avtosfer.az Unikal-a istinadən xəbər verir ki, yoxlama zamanı müəyyən olunub ki, gömrük orqanına bəyan edilmiş nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi zamanı mühərriklərin həcmi düzgün hesablanmayıb.
Nəticədə, Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov baş inspektor, ekspert-auditoru Babək İsa oğlu Nəsibovu vəzifəsindən azad edib.
Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə mərkəzinin baş inspektorları, gömrük xidməti polkovnik-leytenantı Mehdi Qadir oğlu Rüstəmova, gömrük xidməti mayoru Qasımbala Məmmədəğa oğlu Tağıyevə, böyük inspektor, gömrük xidməti baş leytenantı Cavid Hikmət oğlu İbrahimliyə və inspektor, gömrük xidməti mayoru Füzuli Səroj oğlu İbrahimova xəbərdarlıq edilib.
“Azərterminalkompleks” Birliyi tərəfindən həmin Birliyin Ərazi şöbələrinin fəaliyyətinin əlaqələndirilməsi idarəsinin Bakı şöbəsinin ekspert-auditoru Rəfail Təvəkkül oğlu Ələkbərov intizam məsuliyyətinə cəlb edilib.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin rəisi, general-mayor Vəzir Həsənovdur.
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR
İmişlidəki qəzada ölən sürücü Füzuli aeroportunun əməkdaşı imiş
Yağışlara görə bu QƏRAR VERİLDİ
Zakir Həsənov koronavirusa YOLUXDU - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq












