Viza üçün XİN-nə müraciət edən iraqlı qara siyahıda imiş - FOTO - YENİLƏNİB

"Aqeel Hamad Ali adlı şəxs ölkədə qara siyahıdadır".
Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə cavab olaraq bildirib.
Qeyd edib ki, sözügedən şəxsin yazdıqları həqiqəti əks etdirmir.
***
İraq vətəndaşı Aqeel Hamad Ali Azərbaycan Xarici İşlər Nazirliyindən şikayətçidir.
Avtosfer.az xəbər verir ki, sözügedən şəxs turist kimi Azərbaycana səfər etmək istəyir. İddia edir ki, nazirlikdən onun işi 25 gündən çoxdur ki, gecikdirilir.
"Mən gözəl ölkənizə turist kimi səfər etmək istəyirəm. Buna görə də viza üçün müraciət etdim. Ərizəmi rəsmi "Gate Way" şirkəti vasitəsilə 25 gün əvvəl təqdim etmişəm və təqdim etdiyimi təsdiq edən rəsmi qəbz də var. “Gate Way” ilə əlaqə saxladığımda mənə bildirdilər ki, gecikmə səfirliklə bağlıdır. Bu arada, başqa şirkətdən keçərək müraciət edən şəxslər vizalarını cəmi 5 gün ərzində alırlar. Hörmətli Xarici İşlər Nazirliyindən xahiş edirəm ki, bu gecikməni araşdırsın və vizanın verilməsini sürətləndirsin ki, mən sizin gözəl ölkənizə turist kimi səfər edə bilim" deyə İraq vətəndaşı bildirib.
Qeyd edək ki, "Gate Way" şirkəti Xarici İşlər Nazirliyinin vəzifəli məmurlarından birinə məxsusdur.

Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO











