“Wizz Air” Bakı-Bratislava birbaşa uçuşlarına başladı - FOTOLAR

Yeni aşağıbüdcəli marşrut Bakıdan Mərkəzi Avropaya səyahət üçün daha geniş seçim yaradır.
Avtosfer.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportundan Avropaya səyahət imkanları daha bir istiqamətlə genişlənib.
Oktyabrın 28-də Avropanın aparıcı aşağıbüdcəli aviaşirkətlərindən biri olan “Wizz Air” Bratislavadan Bakıya ilk birbaşa reysini həyata keçirib.
Yeni marşrut aşağıbüdcəli səyahət modelinə üstünlük verən sərnişinlər üçün Mərkəzi Avropaya yeni alternativ təqdim edir və Bratislavanı Bakıdan birbaşa uçuşla əlçatan olan Avropa paytaxtları sırasına əlavə edir.
Dunay sahilində yerləşən Bratislava kompakt tarixi mərkəzi, Bratislava qalası, qastronomiyası və rahat şəhər atmosferi ilə qısa Avropa səfərləri üçün cəlbedici istiqamətdir. Hava limanının şəhər mərkəzindən cəmi 9 km məsafədə yerləşməsi səfəri daha rahat edir.
Bratislavanın Mərkəzi Avropadakı coğrafi mövqeyi marşruta əlavə üstünlük qazandırır. Slovakiyanın paytaxtı Vyanadan təxminən 65 km məsafədə yerləşir və regionun digər şəhərlərinə səyahət planlaşdırmaq üçün də əlverişli başlanğıc nöqtəsidir.
Bakı-Bratislava marşrutu üzrə uçuşlar qış mövsümündə həftədə iki dəfə - çərşənbə və şənbə günləri həyata keçiriləcək. Bakıdan Bratislavaya birbaşa uçuşun müddəti təxminən 4 saat 30 dəqiqədir.
Yeni istiqamət Heydər Əliyev Beynəlxalq Aeroportunun sərnişinlər üçün birbaşa uçuş imkanlarını genişləndirmək, fərqli səyahət və tarif seçimləri təqdim etmək, eləcə də Bakının Avropa şəhərləri ilə hava bağlantılarını gücləndirmək istiqamətində həyata keçirdiyi işlərin davamıdır.
Uçuş cədvəli, aviabiletlər, baqaj qaydaları və digər xidmətlər barədə ətraflı məlumatı “Wizz Air” aviaşirkətinin rəsmi satış kanallarından əldə etmək mümkündür.



Sabunçuda küçə bərbad vəziyyətdədir: Avtobuslar çətinliklə hərəkət edir - VİDEO
Sabirabadda “Təmiz hava aylığı” ilə bağlı profilaktik tədbir keçirildi
Bu yollar sabahdan bağlı olacaq - Sürücülərin nəzərinə!
Ramiz Mehdiyevin "Sədərək" Ticarət Mərkəzində obyektləri olub?
Ankarada keçiriləcək Zirvə toplantısı Türkiyə-Azərbaycan münasibətlərinə təsir edə biləcək? - POLİTOLOQ
Ramiz Mehdiyevə HÖKM OXUNDU
22-UU-222 nömrəli “Range Rover”lə kobud qayda pozdu - VİDEO
Azərbaycanda yeni su anbarı tikilir
Ekspert: "Piyada zolağında skuter və moped sürmək qaydaları qanunvericilikdə dəqiqləşdirilməlidir"
Metronun bu stansiyasında 2028-ci ilədək tikinti işləri yekunşalacaq – RƏSMİ AÇIQLAMA
Bakıda taksi xaosuna son qoyulur? - VACİB AÇIQLAMA












