Xırdalanın Şərq küçəsində infrastruktur problemi: Sakinlər həll gözləyirlər - VİDEO

Xırdalan şəhərinin Şərq küçəsində yolun bərbad vəziyyətdə olması sakinlərin ciddi narazılığına səbəb olub.
Sakinlərin sözlərinə görə, küçənin asfalt örtüyü uzun illərdir yararsız vəziyyətdədir. Ərazidən ağır tonnajlı yük avtomobillərinin intensiv keçməsi isə yolun daha da dağılmasına səbəb olub.
Sakinlərdən biri Baku TV-yə problemin uzun illərdir davam etdiyini deyib:
"20 ilə yaxındır burada yaşayıram. Son 4-5 ildə yaşayışımız olduqca çətinləşib. Axşam qaranlıq olur, işıqlandırma yoxdur. Yolumuz bərbad vəziyyətdədir. İritonnajlı yük maşınları evlərimizin qarşısından keçir. Həqiqətən, burada yaşaya bilmirik. Yağış yağanda yol bataqlığa çevrilir. Girirsən, çıxa bilmirsən".
Mövcud vəziyyət səbəbindən avtomobillərin hərəkəti də çətinləşib. Sakinlər bildirirlər ki, yolun çala-çuxur olması nəqliyyat vasitələrinin tez-tez sıradan çıxmasına və əlavə təmir xərclərinə səbəb olur.
Azərbaycanın qonşusunda COVİD -19 sürətlə YAYILIR
Müdafiə Nazirliyi məlumat yayıb - VİDEO
Lənkəranda üzərində oyuncaq silah gəzdirən şəxs saxlanıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Noyabrda 11 gün İŞ OLMAYACAQ
Dövlət Xidmətində yeni şöbə müdiri təyin edildi - FOTO
Maliyyə nazirinə yeni MÜAVİN TƏYİN EDİLİB
Mərkəzi Bankın ehtiyatları 15,4 milyard dollara çatıb, təklif tələbi üstələyib - İQTİSADÇI
Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin üzvlüyündən də QOVULDU
Bu xanıma yüksək vəzifə verildi - FOTO
Sürücülər buna görə 50 manat cərimə olunacaq - YENİ QAYDA












