XİN: "Ermənistan humanitar hüququ pozduğuna görə məsuliyyətə cəlb edilməlidir"

Rəsmi Bakı beynəlxalq ictimaiyyəti Azərbaycanın minatəmizləmə səylərinə dəstək verməyə və Ermənistanı beynəlxalq humanitar hüququ pozduğuna görə məsuliyyətə cəlb etməyə çağırır.
Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.
Bildirilib ki, 4 aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günündə Azərbaycanın azad edilmiş ərazilərində minaların yaratdığı ciddi təhlükəyə nəzər salmaq vacibdir:
"Ermənistanın onilliklər boyu davam edən işğalı nəticəsində 2020-ci ildən bəri 388 Azərbaycan vətəndaşı mina qurbanı olub. Azad edilmiş əraziləri çirkləndirən minalar mülki şəxslərin həyatını təhlükə altında saxlamaqda davam edir, keçmiş məcburi köçkünlərin geri qayıtmasına maneə törədir və yenidənqurma işlərini əngəlləyir".
Məlumatda vurğulanıb ki, minatəmizləmə fəaliyyəti gözləyə bilməz:
"Azərbaycan öz xalqı üçün minalardan azad, təhlükəsiz və firavan gələcəyi təmin etmək üçün öhdəliyinə sadiq qalır və qətiyyətlidir".
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR












