Yanğında həlak olan Könül Vəlibəylinin qızı kömək istədi - VİDEO

Paytaxtın Yasamal rayonundakı yanğında həlak olan Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin qızı Ləman Qulamova səhhəti ilə bağlı danışıb.
Avtosfer.az xəbər verir ki, Ləman bununla bağlı instaqram hesabında video paylaşıb.
“Hörmətli cənab Prezident İlham Əliyev, hörmətli birinci xanım Mehriban Əliyeva, mən Ləman Qulamova Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin qızıyam. Hazırda əməliyyatlara görə səsim çox zəif çıxır, ona görə üzrlü sayın. Mən 21.11.2025-ci ildə Yasamalda baş verən yanğın zamanı çox ağır zədələr aldım, 10 gün komada yatdım, oyanandan sonra nəfəs borumda 2 sm fistul olduğunu öyrəndim. Buna görə mənə dayağı poladdan olan stent qoydular və o stent üç gün ərzində mənim boğazımı dağıtdı, yemək borumda da 8 sm fistul yarandı. Hazırda hər iki borumda da fistul var. Daha sonra yenidən stent qoyuldu, bu stent iki ay ərzində mənim boğazımda qaldı və infeksiya yaradaraq boğazımı çürütdü. Daha sonra əməliyyat etmək qərarına gəldilər və açıq əməliyyat edildi.
Hazırda mən ağızdan qidalana bilmirəm və jejunostomim çıxarıldığı üçün damardan qidalanıram. Yenidən toxuma köçrülməsi edilməlidir. Lakin artıq buna maddi gücümüz qalmayıb. İndiyə kimi yardımsevərlərin yaxınlarımızın, dostlarımızın köməyi ilə bu günlərə gəlmişik. Lakin artıq heç kimin gücü qalmayıb, bizim də gücümüz qalmayıb və mən artıq 10 aydır ki ağızdan qidalanmıram. Ona görə də sizdən kömək istəyirəm. Xahiş edirəm mənim əməliyyatlarıma kömək edəsiniz”, - o bildirib.
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












