Yay mövsümündə Azərbaycanın hava məkanında uçuşlar artdı - FOTO

2026-cı ilin yay mövsümündə Azərbaycanın hava məkanında hava hərəkətinin həcmi artıb.
Avtosfer.az xəbər verir ki, iyun-avqust aylarında “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi (AZANS) tərəfindən ümumilikdə 102, 130 uçuşa aeronaviqasiya xidməti göstərilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 11% artıb.
Hava hərəkətinin həcmi yay ayları ərzində ardıcıl şəkildə yüksəlib. AZANS tərəfindən iyun ayında 32, 430, iyulda 34, 322, avqustda isə 35, 378 uçuşa aeronaviqasiya xidməti göstərilib. Beləliklə, avqust hava hərəkəti baxımından yay mövsümünün ən intensiv ayı olub.
Tranzit uçuşların sayında daha yüksək artım qeydə alınıb. İyun-avqust aylarında Azərbaycanın hava məkanından 78, 749 tranzit uçuş həyata keçirilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 14,5% artıb.
Yay mövsümünün ən yüksək sutkalıq hava hərəkəti 23 avqustda qeydə alınıb. Həmin gün Azərbaycanın hava məkanında 1, 210 uçuşa aeronaviqasiya xidməti göstərilib.
Tranzit uçuşlar üzrə mövsümün pik göstəricisi isə 22 avqustda qeydə alınıb. Bir gün ərzində Azərbaycanın hava məkanından 920 tranzit uçuş həyata keçirilib. Bu göstərici 2025-ci ilin yay mövsümündə qeydə alınmış maksimum səviyyədən 13,4% yüksəkdir.
Qeyd edək ki, tranzit uçuşlarda qeydə alınan ikirəqəmli artım Azərbaycanın hava məkanının beynəlxalq hava hərəkətindəki əhəmiyyətini və artan trafik şəraitində aeronaviqasiya xidmətlərinin rolunu ön plana çıxarır.

Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir












