Yeni təmir olunan yol yenidən çökdü - VİDEO

Bir müddət əvvəl 8 Noyabr prospektində yolun çökməsi ilə bağlı sujet təqdim etmişdik. Daha sonra həmin yol təmir olundu. Amma təmir olunan hissə yenidən çöküb.
Avtosfer.az xəbər verir ki, sözügedən yolda dəliklər əmələ gəlib. Hətta yolun əsas hərəkət hissəsində bir necə yerdən yeni asfalt qatının vurulduğu yerlər də çöküb.
Yol ilə bərabər səkinin ətrafıdakı daşlar da qoparaq tökülüb.
Prospektdən mütəmadi istifadə edən sürücülər yolun bu halda olmasının onlar üçün ciddi problem yaratdığını bildirirlər.
Sürücülərin sözlərinə görə, ən pis hal isə yolun təmirdən qısa müddət sonra bu hala düşməsidir.
Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən “Xəzər Xəbər”ə bildirlib ki, hazırda sözgedən ərazidə bərpa işlərinin aparılması ilə bağlı layihə hazırlanır. Bu məqsədlə ərazidə zəruri geoloji və topoqrafik tədqiqatlar aparılıb, mövcud vəziyyət qiymətləndirilib və əldə olunan nəticələr əsasında müvafiq layihə həlləri hazırlanıb. Nəzərdə tutulan mühəndislik tədbirlərinin icrası ilə mövcud problemin tam aradan qaldırılması hədəflənir.
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR
İmişlidəki qəzada ölən sürücü Füzuli aeroportunun əməkdaşı imiş
Yağışlara görə bu QƏRAR VERİLDİ
Zakir Həsənov koronavirusa YOLUXDU - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq












