"Yol 60-cı illərdə çəkilib, baxan yoxdur" - Qobustan sakinləri çətin vəziyyətdə qalıblar - VİDEO

Baku TV-nin qaynar xəttinə müraciət edən vətəndaşlar paytaxtın Qaradağ rayonunun Qobustan qəsəbəsi, Salyan şosesi adlanan ərazidə yolsuzluq problemindən şikayət ediblər.
Sakinlərin sözlərinə görə, sözügedən yol uzun illərdir baxımsız və bərbad vəziyyətdədir. Ərazidə quraşdırılan zibil qutuları və tullantıların vaxtında yığılmaması isə xüsusilə yay aylarında vətəndaşlar üçün əlavə çətinliklər yaradır.
Sakinlər bildirirlər ki, problemlə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, nəticə olmayıb.
"Biz dəfələrlə yol və zibil məsələsi ilə bağlı müraciət etmişik, amma baxan yoxdur. Xahiş edirik ki, imkan daxilində bizə köməklik göstərilsin. Zibil yeşikləri buradan götürülsün, hər küçəyə bir zibil qutusu qoyulsun. Ya da yolun kənarında yerləşdirilsin. Ümumiyyətlə, yol asfaltlansın. Bu yol 60-cı illərdə çəkilib", - sakinlərdən biri deyib.
Digər sakin isə yolun vəziyyətinin xüsusilə yaşlı insanlar üçün ciddi çətinlik yaratdığını bildirib:
"Yaşlı qadınam. İstəyirik ki, bu yollar yaxşı olsun, təmir edilsin. Yeriyə bilmirəm, yıxılıram. Bu küçəyə baxan yoxdur".
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü












