Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO

Bakıda yol nişanlanmasına müəmmalı müdaxilə edilib. Hərəkətin intensiv olduğu paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində qoşa xəttin bir hissəsi qara boya ilə qırıq xəttə çevrilib. Nəticədə sürücülər buradan dönməyə başlayıblar. Məqsəd də ərazidəki müşahidə kameralarının sürücülərə cərimə yazmamasını təmin etmək olub.
Avtosfer.az xəbər verir ki, tez-tələsik fırçanı qora boyaya batırıb, yoldakı qoşa xəttdən birini qırıq-qırıq ediblər.
Bir neçə dəqiqəlik işlə hərəkətin intensiv olduğu yolda sürücülər üçün həm çaşqınlıq, həm də real təhlükə yaradıblar.
Bütün olanlar isə ərazidəki təhlükəsizlik kameralarına düşüb.
Xətt vizual olaraq qırıq xətt təsiri yaratdığı üçün sürücülər də buradan dönməyin mümkün olduğunu düşünürlər. Hətta dönənlər belə var. Çəkiliş zamanı da bu vəziyyətin sürücüləri necə çaşdırdığı aydın görünüb.
Maraqlı məqam isə budur ki, bu müdaxilənin müşahidə kameralarının qarşısında edildiyi aydın görünür. Yəni xətti dəyişdirən şəxslərin öz hərəkətləri də kameraya düşüb. Digər sürücülər isə bunu edənləri birmənalı olaraq qınayıblar.
Yol hərəkətində bir xəttin belə dəyişdirilməsi isə sadəcə görüntü məsələsi deyil. Xüsusilə yüksək sürətin olduğu magistral yolda sürücünün yol nişanlanmasını səhv qiymətləndirməsi qarşıdan gələn nəqliyyat vasitələri ilə toqquşma riskini artıra bilər.
Məsələ ilə bağlı Bakı Şəhər Yol Polisi İdarəsindən bildirildi ki, faktı törədən 3 nəfər müəyyən edilib və istintaqa cəlb olunublar.
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO












