Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ

Yük maşınlarının iştirakı ilə baş verən qəzalar və texniki nasazlıqlar yollarda hərəkətin çətinləşməsinə, uzunmüddətli tıxacların yaranmasına səbəb olur. Bu cür halların qarşısının alınması üçün sürücülərin hansı qaydalara əməl etməsi və avtomobillərin texniki vəziyyətinə diqqət yetirməsi vacibdir.
Avtosfer.az xəbər verir ki, yük maşınlarının sürücülərinin təhlükəsiz hərəkəti təmin etmək üçün hansı qaydalara əməl etməli olduqları və yolda problemlərin yaranmaması üçün hansı məqamlara xüsusi diqqət yetirməli olduqları ilə bağlı suallar yaranır.
Mövzu ilə bağlı Nəqliyyat eksperti Elməddin Muradlı Avtosfer.az-a açıqlamasında bildirib ki, yük avtomobilləri ilə bağlı ciddi normativ tələblər var. Həm “Yol hərəkəti haqqında”, həm “Avtomobil nəqliyyatı haqqında” qanunlarda, eləcə də yük və baqaj daşımaları ilə bağlı qaydalarda bu məsələlər ətraflı tənzimlənir:

"Təəssüf ki, bəzi yük avtomobillərinin sürücüləri, eləcə də həmin nəqliyyat vasitələrinə sahib olan hüquqi və fiziki şəxslər bu tələbləri unudurlar. Onlar yalnız qazanc əldə etməyə, daha çox gəlir qazanmağa çalışırlar. Halbuki bu, ilk növbədə, təhlükəsizlik məsələsidir və unudulmamalıdır. Məsələn, Kürdəmirdə baş verən qəzaya baxaq. Sürücü sükan arxasında yuxulayıb. Sual yaranır: Niyə sürücü özü və ya təmsil olunduğu şirkət, yaxud nəqliyyat vasitəsinin sahibi onun normal yatmasına, dincəlməsinə və istirahət rejiminə nəzarət etmir? Hesab edirik ki, yük avtomobillərində sürücülərin iş və istirahət rejiminə nəzarət mexanizmləri olmalıdır. Bu mexanizmlərin tətbiqi sürücülərin fasiləsiz şəkildə sükan arxasında qalmasının qarşısını müəyyən qədər ala, onların vaxtında dincəlməsinə və normal yuxu yatmasına şərait yarada bilər.
Bakıda baş verən hadisəyə gəlincə, burada avtomobilin texniki nasazlığından söhbət gedir. Nəqliyyat vasitələrinə vaxtlı-vaxtında texniki qulluq göstərilməlidir. Bu tələb həm minik, həm də yük avtomobillərinə aiddir".
Fatimə
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR
İmişlidəki qəzada ölən sürücü Füzuli aeroportunun əməkdaşı imiş
Yağışlara görə bu QƏRAR VERİLDİ
Zakir Həsənov koronavirusa YOLUXDU - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq












