Zakir Fərəcovun qadağası minlərlə insana problem yaradıb

Rayonlarda iş yerlərinin azlığı paytaxta kütləvi köçlə müşahidə olunur. Son illər Bakıətrafı qəsəbələrdə əhalinin sayının təxminən 3 dəfə artması paytaxtda iş yerlərinin çoxalması ilə izah edilir.
Qeyd edək ki, bu tendensiya təkcə Bakı və Bakıətrafı qəsəbələr üçün xarakterik deyil. Sumqayıt şəhərinin inzibati ərazisinə daxil olan qəsəbələrdə - yarımadanın əhalisinin sıxlığı ilə seçilən Saray, Ceyranbatan və Novxanı qəsəbələrində də bu sıxlıq ciddi dərəcədə nəzərə çarpmaqdadır. Paytaxtda və Bakıya yaxın ərazilərdə torpağın, o cümlədən evlərin qiymətinin baha olması rayonlardan gələn əhalini mərkəzdən nisbətən uzaq qəsəbələrə üz tutmağa sövq edir. Son bir neçə ildə Ramana, Binə və Xırdalan kimi ərazilərdə evlərin intensiv tikilməsi də bunu sübut edir.
Amma bu yaşayış massivlərindən fərqli olaraq, yarımadanın 3 yaşayış massivində - Saray, Ceyranbatan və Novxanı qəsəbələrində son vaxtlar torpaq alıb ev tikmək sözün əsl mənasında müşkülə çevrilib. Sözügedən qəsəbələrdə torpaq və əmlak satışlarında ciddi bahalaşma ilə paralel olaraq, bəzi bürokratik əngəllər də mövcuddur. Novxanı ərazisində istirahət mərkəzlərinin intensiv artımı, Ceyranbatanda isə kütləvi bina tikintisi vətəndaşların bu ərazilərdən əmlak əldə etmək şansını xeyli aşağı salır. Saray qəsəbəsində də Ceyranbatanla eyni tendensiya müşahidə olunmaqdadır. Digər tərəfdən bu ərazilərdə hər bir realtor da kütləvi ev tikintisi ilə məşğul ola bilmir. Torpaq alıb kütləvi ev tikintisi ilə məşğul olan “maklerlər”in bir çoxu sözügedən qəsəbələrdə ev və bina tikintisi ilə bağlı şəxsən Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovdan "icazə" alınmalı olduğunu qeyd edib. Onların sözlərinə görə, şəhər rəhbərliyi Corat və Tağıyev kimi inzibati olaraq Sumqayıta daxil olan qəsəbələrdən əlavə, Saray, Ceyranbatan və Novxanı ərazisində gedən tikinti işlərinə də nəzarət edir. Bu isə sözügedən ərazilərdə məskunlaşmaq istəyən insanlara ciddi problemlər yaradır.
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir











