Zakir Həsənov onu vəzifəsindən azad etdi - FOTO

Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi dəyişib.
Avtosfer.az xəbər verir ki, bu barədə müdafiə naziri, general-polkovnik Zakir Həsənov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, polkovnik Əzizağa Qənizadə muzeyin rəisi vəzifəsindən azad olunub. Keçmiş briqada komandiri olan Ə.Qənizadə 2014-cü il sentyabrından bu postda çalışırdı.
Müdafiə nazirinin digər əmri ilə “Qarabağ” ordeni polkovnik Elşad Pənahov Hərb Tarixi Muzeyinin rəisi təyin edilib.
Uzun illərdir orduda xidmət edən E.Pənahov bundan əvvəl Hərbi Hava Qüvvələrinin Şəxsi heyət idarəsinin rəisi işləyib.
O, Azərbaycanın işğal edilmiş ərazilərinin azad olunmasında, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində igidlik və mərdlik nümunəsi göstərdiyinə görə Prezident İlham Əliyevin 2020-ci il dekabrın 9-da imzaladığı sərəncamla “Qarabağ” ordeni ilə təltif olunub.(yenisabah)

Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR












