Zakir Həsənov təxribatlarla bağlı tapşırıqlar verdi

Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti, o cümlədən son günlər Ermənistan tərəfinin Azərbaycan Ordusunun bölmələrini mütəmadi olaraq atəşə tutması, mövqelər üzərində pilotsuz uçuş aparatları və dronlarla kəşfiyyat xarakterli uçuşlar həyata keçirmə cəhdləri geniş müzakirə edilib.
Avtosfer.az xəbər verir ki, bu barədə müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında aprelin 5-də nazir müavinləri, qoşun (qüvvə) növləri komandanları, baş idarə, idarə və xidmət rəisləri, hərbi birlik və birləşmə komandirləri, eləcə də Milli Müdafiə Universitetinin və tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrinin rəhbərlərinin iştirakı ilə videobağlantı formatında keçirilən xidməti müşavirədə qeyd olunub.
Nazir Azərbaycan Ordusu bölmələrinin hər an istənilən təxribata qarşı çevik reaksiya verməyə hazır olması barədə aidiyyəti vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyub, döyüş növbətçiliyinin təşkili zamanı ayıq-sayıqlığın artırılmasının vacibliyini vurğulayıb.
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR












