Zaqatalada uşaq bağçasında RÜŞVƏT QALMAQALI: Müdirə cinayət işi açıldı

Zaqatalada uşaq bağçasında rüşvət qalmaqalı yaşanıb.
Avtosfer.az Lent.az-a istinadla xəbər verir ki, Zaqatala şəhəri Aydın Əhmədov adına 6 saylı körpələr evi və uşaq bağçasının müdiri vəzifəsində çalışmış Lətifə Nizami qızı Hasilova ilə bağlı hüquq-mühafizə orqanlarına çox sayda şikayət daxil olub.
Şikayətçilər bağça müdirinin onları müxtəlif işlərə düzəldəcəyi vədi ilə pullarını mənimsədiyini deyiblər.
Ümumilikdə 10-a yaxın vətəndaşdan külli miqdarda pul aldığı iddia olunan bağça müdiri Lətifə Hasilova tutduğu vəzifədən azad edilərək barəsində araşdırmalara başlanıb.
Araşdırmalar zamanı Lətifə Nizami qızı Hasilovanın uşaq bağçasının müdiri işləyərkən çox sayda vətəndaşdan müxtəlif məbləğlərdə pul alaraq onları həmin bağçaya işə götürəcəyinə dair söz verməsi və sonda vədinə əməl etməyərək həmin pulları mənimsəməsi müəyyən edilib.
Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 178.2.3-cü (dələduzluq - şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4-cü (dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
Hazırda istintaq hərəkətləri davam etdirilir.
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO












