Zəbt olunan səkilər: Sakinlərə çətin anlar yaşadan küçə - VİDEO - YENİLƏNİB

Avtosfer.az-ın məlumatına görə, qeyd edilən ərazidə avtomobilləri qanunsuz park edən sürücülər Nəsimi RPİ Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən müəyyən edilib. Həmin sürücülər barəsində inzibati protokol tərtib edilib.
***
16:00
***
Nərimanov rayonu, Mirzəbala Məmmədzadə küçəsində parklanma zonasına çevrilən və restoranlar tərəfindən zəbt olunan yoldakı problem aradan qaldırılıb.
Avtosfer.az xəbər verir ki, piyada səkisində restoranlara məxsus avadanlıqlar yığışdırılıb.
Polis əməkdaşları aidiyyəti qurumlarla birgə ərazidə neqativ halları aradan qaldırıblar.(oxu.az)
***13:53
Nərimanov rayonu, Mirzəbala Məmmədzadə küçəsində yolun bir hissəsi parklanma zonasına çevrilib, qalan hissəsi isə restoranlar tərəfindən zəbt edilib.
Sakinlər avtomobil yolu ilə hərəkət etməli olduqlarından təhlükə ilə qarşılaşdıqlarını bildirirlər.
Baku TV-nin çəkiliş qrupu məsələ ilə bağlı ərazidə fəaliyyət göstərən restoranlarla əlaqə saxlayıb.
"Masaları icarədar yerləşdirib, icazəsini də alıb. Araşdırın, görün, ora səkidir, ya yox. Vətəndaş gedib damda da gəzə bilər. Bu o demək deyil ki, ora səkidir", - deyə restoran sahibi açıqlamasında söyləyib.
Daha ətraflı süjetdə:
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR
İmişlidəki qəzada ölən sürücü Füzuli aeroportunun əməkdaşı imiş
Yağışlara görə bu QƏRAR VERİLDİ
Zakir Həsənov koronavirusa YOLUXDU - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq












