Zelenskidən bərbad qərar: Görün nə etdi...

Yanvar ayında müdafiə naziri təyin olunan Mixaylo Fyodorov bu vəzifədən kənarlaşdırılıb. Əgər ictimaiyyətə açıqlanması mümkün olmayan hər hansı məxfi məqamlar yoxdursa, zahirən bu qərar müharibənin başlamasından bu yana Zelenskinin ən yanlış və anlaşılmaz qərarı kimi görünür.
Məsələ haqda danışan politoloq Şahin Cəfərli deyib ki, 35 yaşlı Fyodorov qısa müddətdə istər korrupsiyalaşmış Müdafiə Nazirliyi sistemində, istərsə də bilavasitə hərbi sahədə ciddi uğurlara nail olub:
"Ötən müddətdə cəbhədə dönüşün yaranmasında onun müstəsna rolu var. İlon Maskın simpatiyasını qazanmış və “Space X” ilə yaxın əməkdaşlıq şəraitində çalışan Fyodorovun ən böyük xidməti rus ordusunun “Starlink” rabitəsindən məhrum edilməsidir. Rusiya dövləti indiyədək hələ də “Starlink”i əvəz edən xəbərləşmə sistemi yarada bilməyib. Bu isə Ukrayna ordusunun cəbhədə işğalçıları dayandıraraq bir sıra istiqamətlərdə taktiki uğurlar qazanmasına, məsələn, Zaporojye şəhərinə yaxınlaşmış düşmənin oradan uzaqlaşdırılmasına imkan verib. Digər nailiyyət pilotsuz texnologiyalar sahəsindədir.
Fyodorov qısa müddətdə Ukrayna ordusunun bu sahədə Rusiya ordusu üzərində üstünlük qurmasını təmin edib, Silahlı Qüvvələrin həm kifayət sayda, həm də təkmil (süni intellektlə işləyən) dronlarla təminatında, eləcə də işğalçıların logistikasının kəsilməsi istiqamətində hazırda davam edən əməliyyatların təşkilində mühüm rol oynayıb. MN sistemində ən çox oğurluğun baş verdiyi satınalmaların şəffaflaşdırılması, tenderlərin keçirilməsi və lazımsız (şübhəli) xərcləmələrə son qoyulması, Silahlı Qüvvələrin təminat və təchizatında bürokratik əngəllərin aradan qaldırılması və sair məsələləri də qeyd etmək olar.
Görünür, bütün bunlar Fyodorovun güclü düşmənlər qazanmasına gətirib çıxarıb.
Bəzi iddialara görə, Zelenskinin Fyodorovu neytrallaşdırması gənc nazirin həm ölkə içərisində (o cümlədən orduda), həm də Qərb çevrələrində artan nüfuzundan duyduğu narahatlıqla əlaqədardır. Bunun nə dərəcədə həqiqət olduğunu deyə bilmərəm, amma Ukrayna siyasətində çox ciddi intriqaların olması sirr deyil və və bu intriqalar hazırkı ekzistensial savaş dövründə də dayanmayıb", - deyə politoloq vurğulayıb./nocomment.az
Masazırda bitməyən yol problemi: "Qurumlar deyirlər ki, pul yoxdur" - VİDEO
Bakının bir sıra küçələrində hərəkət TAM MƏHDUDLAŞDIRILACAQ
Hərbi xidmətin müddətinin azaldılması ilə bağlı - AÇIQLAMA - FOTO
İcra başçısının nümayəndəsi rəis TƏYİN EDİLDİ
"Yol 60-cı illərdə çəkilib, baxan yoxdur" - Qobustan sakinləri çətin vəziyyətdə qalıblar - VİDEO
Hava ilə bağlı SARI XƏBƏRDARLIQ
Polis istirahət zonalarını nəzarətə götürüb: Xidmət bu cür təşkil olunur - FOTO
Azərbaycan bundan hər il 3 milyard dollar qazanacaq
Abel Məhərrəmovun səfir oğlu GERİ ÇAĞIRILDI
Bakıda altı marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
8 aylıq hamiləni yarıyolda düşürdən sürücü CƏZALANDIRILDI - VİDEO










