Zelenskinin təyyarəsi az qala dronla toqquşacaqmış

Ukrayna Prezidenti Volodimir Zelenskinin təyyarəsi Moldovadan Norveçə uçarkən az qala dronla toqquşacaqmış.
Avtosfer.az xəbər verir ki, bu barədə Norveçin Baş naziri Yonas Qar Store “NRK” teleradio şirkətinin efirində danışıb.
İnsident sentyabrın 8-də qeydə alınıb.
“Onun təyyarəsi Moldovadan havaya qalxmalı olduğu zaman az qala dronla toqquşub. Bu, onun yaşadığı bir reallıqdır”, – deyə Store bildirib.
Bununla belə, Baş nazir bu məlumatı haradan əldə etdiyini açıqlamayıb.
Daha sonradan Norveç Baş nazirinin Aparatı Storenin açıqlamasına aydınlıq gətirib: “Dünən Moldovanın hava məkanında dron təhlükəsi olub və bu, Zelenskinin Osloya uçuşunu bir qədər gecikdirib. Bu, onun hər gün üzləşdiyi təhlükələrdən biridir. Dronların onun təyyarəsinə nə qədər yaxın olduğu isə məlum deyil”.
Yüksəkvəzifəli ukraynalı məmur isə “DW”yə bildirib ki, Ukrayna prezidentinin təyyarəsi Kişineudan uçuşu gözlədiyi vaxt Rusiyaya məxsus reaktiv mühərrikli pilotsuz uçuş aparatı Moldova hava məkanına daxil olub. Bundan sonra V.Zelenskinin uçuşu təxirə salınıb, digər reyslər də dayandırılıb.
Bununla yanaşı, Moldova polisi sentyabrın 9-da mühərriklə təchiz edilmiş və ölkə ərazisində düşmüş pilotsuz uçuş aparatının aşkarlandığını açıqlayıb. PUA yerə çırpılarkən partlayış baş verib və nəticədə böyük çuxur yaranıb.
Xatırladaq ki, V.Zelenski sentyabrın 8-i axşam Moldovadan Norveçin paytaxtı Osloya Kral V Haraldın dəfn mərasimində iştirak etmək üçün səfər edib.
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA












