Avtomobil hərəkətdə olarkən mühərriki söndürmək təhlükəlidirmi? – ARAŞDIRMA - FOTO

Bəzi sürücülərin maraqlandığı suallardan biri də budur: Nəqliyyat vasitəsi hərəkətdə olarkən mühərriki söndürsək nə baş verər?
Avtosfer.az xəbər verir ki, bu cür eksperimentləri reallıqda sınaqdan keçirmək riskli və təhlükəli olduğu üçün, cavablar daha çox texniki biliklərə əsaslanır.
Əgər ötürücü (transmissiya) neytral vəziyyətdədirsə, avtomobil mühərrik söndükdə çox reaksiya verməyə bilər. Lakin mühərrikin dayanması ilə sükan idarəetməsi ağırlaşır və ya tamamilə kilidlənə bilər, həmçinin əyləclər bir neçə toxunuşdan sonra sərtləşir və effektivliyini itirir. Bu isə qəza riskini xeyli artırır.
Köhnə tipli, yəni 40–50 il əvvəl istehsal olunmuş avtomobillərdə bu halın təsiri çox zəif ola bilərdi. Çünki bu avtomobillərdə elektron sistemlər az idi və mühərrik dayansa belə, hərəkət davam edə bilərdi.

Müasir avtomobillərdə isə fərqli texnologiyalar mövcuddur. Bəzi yeni model avtomobillərdə “START-STOP” sistemləri və elektron açar oxuyucuları olduğu üçün açarın çıxarılması avtomobilə dərhal təsir etmir. Bu sistemlər alışdırma mexanizmini söndürməklə mühərriki dərhal dayandırmır, lakin bir müddət sonra avtomobil bu müdaxiləni sistem xətası kimi qəbul edib reaksiya verir.
Əgər bu texnologiyalar yoxdursa, alışdırma mexanizmini mühərrik tam dayanır, yanacaq və alışma kəsilir. Bu zaman avtomobilin reaksiyası modeldən asılı olaraq dəyişə bilər: bəziləri ötürmələr qutusunu kilidləyir, bəziləri isə heç nə olmamış kimi hərəkətə davam edir. Bəzi hallarda isə, mühərriki yenidən işə salmaq belə mümkün olmur.
Ekspertlər bildirir ki, belə halları sınaqdan keçirmək yol hərəkəti təhlükəsizliyi baxımından son dərəcə risklidir və tövsiyə edilmir.

Eltac Zülfüqaroğlu
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












