Almaniyanın xüsusi bordür texnologiyası Bakıda tətbiq oluna bilər? – ARAŞDIRMA

İctimai nəqliyyatda əlçatanlığın təmin olunması yalnız alçaq döşəməli avtobusların istifadəsi ilə məhdudlaşmır. Bu istiqamətdə dayanacaq infrastrukturu da xüsusi tələblərə uyğun qurulmalıdır.
Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Rauf Ağamirzəyev ictimai nəqliyyatın əlçatanlığının artırılması ilə bağlı fikirlərini bölüşərkən Almaniyada tətbiq olunan “Kasseler Sonderbord” texnologiyasını nümunə göstərib.

Ekspert bildirib ki, xüsusi profilli bordür sistemi avtobusların dayanacaq platformasına daha dəqiq yaxınlaşmasına, nəqliyyat vasitəsi ilə platforma arasındakı şaquli və üfüqi məsafənin minimuma endirilməsinə imkan verir. Bu isə xüsusilə əlil arabası istifadəçilərinin, yaşlı insanların və uşaq arabası ilə hərəkət edən valideynlərin avtobusa rahat və təhlükəsiz minməsini, eləcə də düşməsini asanlaşdırır.
Rauf Ağamirzəyev qeyd edib ki, bu sistemin üstünlükləri yalnız avtobus dayanacaqları ilə məhdudlaşmır. Almaniyada piyada keçidləri üçün də xüsusi bordür elementlərindən istifadə olunur. Belə keçidlərdə əlil arabası istifadəçiləri üçün alçaq səviyyəli hissələr, görmə məhdudiyyətli şəxslər üçün isə taktil istiqamətləndirici və xəbərdaredici səthlər nəzərdə tutulur.
Ekspert hesab edir ki, AYNA, Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Metropoliteni dayanacaqların və piyada keçidlərinin layihələndirilməsi zamanı bu texnologiyanın tətbiqini nəzərdən keçirməlidir. Onun fikrincə, həm yeni dayanacaqların tikintisi, həm də mövcud infrastrukturun yenidən qurulması zamanı xüsusi bordür sistemlərinin tətbiqi standartlaşdırılmalı, avtobusların texniki xüsusiyyətləri platformaların hündürlüyü və konstruksiyası ilə uzlaşdırılmalıdır.
Rauf Ağamirzəyev vurğulayıb ki, əlçatanlıq ayrı-ayrı infrastruktur elementlərinin mövcudluğu deyil, bütöv marşrutun maneəsiz təşkili deməkdir. Sərnişin evindən çıxaraq dayanacağa, oradan avtobusa və təyinat məntəqəsinə qədər müstəqil şəkildə hərəkət edə bilməlidir.
Şəhər nəqliyyatının keyfiyyəti bütün insanların bərabər və təhlükəsiz hərəkət imkanları ilə təmin olunması əsasında qiymətləndirilməlidir.
Eltac Zülfüqaroğlu
Avtobusda mübahisə zamanı sürücünün üzərinə hansı məsuliyyət düşür? – AÇIQLAMA - VİDEO
Avtobus dayanacaqdan çıxarkən kim yol verməlidir? – Cərimələnə bilərsiniz – VİDEO
Yoldakı nasazlığa görə avtomobilə dəyən zərər ödənilməlidir? – EKSPERT – VİDEO
Azərbaycanda yol tikintisinə yeni yanaşma lazımdır: Britaniya TƏCRÜBƏSİ
Avtomobili utilizasiyaya verənlərin diqqətinə - Yeni ödəniş forması belə olacaq - AÇIQLAMA
Soyuq havada sürücülər qızdırıcını hansı rejimdə işlətməlidir? – ARAŞDIRMA
Avtomobilin lyukuna yaxın məsafədən su vurularsa, nə baş verər? – XƏBƏRDARLIQ – VİDEO
Avtomobildə telefonu tutacağa yerləşdirib xəritədən istifadə etmək olarmı? – AÇIQLAMA - VİDEO
Bakıda piyadaların üzləşdiyi təhlükə ilə bağlı DİN-dən AÇIQLAMA - VİDEO
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA











