Avtomobili tez-tez işə salmaq mühərrikdə bu problemləri yaradır – SÜRÜCÜLƏRƏ XƏBƏRDARLIQ - FOTO

Bu gün bir çox avtomobildə standart halına gələn texnologiyalar sürücülük rahatlığını artırsa da mühərrikin ömrünə ciddi mənfi təsir göstərir.
Avtosfer.az xəbər verir ki, mütəxəssislər sürücülərə xəbərdarlıq edərək tez-tez istifadə edilən xüsusiyyətin mühərrikin ömrünü yarıya endirdiyini bildirib.
Mütəxəssislərin sözlərinə görə, mühərrik üçün ən çətin an işə salma vaxtıdır. Mühərrikdəki aşınmanın 97 faizi məhz ilk işə salma zamanı baş verir. Çünki yağlayıcı mayelər hələ komponentlərə tam çatmamış hissələr bir-birinə sürtülməyə başlayır.

Ən çox zərər verən funksiyalardan biri isə krossoverlərdə və premium sedanlarda geniş istifadə olunan avtomatik mühərriki işə salma sistemidir. Mexaniklərin fikrincə, bu xüsusiyyət mühərrikin ömrünü xeyli azaldır və söndürülməsi vacibdir. Bunun üçün sadəcə avtomobilin idarə panelində adətən “A” hərfi və dairəvi ox işarəsi ilə göstərilən düyməni söndürmək kifayətdir.
Mütəxəssislər bu funksiyanı belə izah edir: “Bu, kompüterinizi yuxu rejiminə keçirmək əvəzinə gündə on dəfə açıb-söndürməyə bənzəyir. Rahatlıq üçün mühərrikin ömrü qurban verilir”.
Mexaniklər, həmçinin, daim soyuq mühərrikin işə salınmasının böyük problemlərə səbəb ola biləcəyini bildirirlər. Avtomobil servislərinə gətirilən nəqliyyat vasitələrinin əksəriyyətində yağ nasosu və silindr laynerində nasazlıqlar müşahidə olunur ki, bu da çox vaxt avtomatik işə salma vərdişindən qaynaqlanır.
Avtomobil ekspertləri sürücülərə xəbərdarlıq edirlər ki, bu xırda detalın nəzərə alınmaması böyük maliyyə itkiləri yarada bilər. Çünki mühərrikin əsaslı təmiri və ya dəyişdirilməsi ilə yanaşı, yedəkləmə və əlavə xərclər də avtomobil sahibləri üçün ciddi problemə çevrilir.
Eltac Zülfüqaroğlu
Bakıda piyadaların üzləşdiyi təhlükə ilə bağlı DİN-dən AÇIQLAMA - VİDEO
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO












